30 Metrdən düşən Galaxy Note 7-nin aqibəti! (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung Galaxy Note 7 üçün olduqca maraqlı bir dözümlülük testi edildi.
Samsung
Galaxy Note 7, IP67 sertifikatı ilə təsdiqlənmiş, suya və toza qarşı dayanıqlı
bir smartfondur. Əlavə olaraq telefonda yer alan Corning Gorilla Glass 5 texnologiyası da onu, cızıqlara və zədələrə qarşı qoruyur.
YouTube
kanalı GizmoSlip, Galaxy Note 7-nin dayanıqlılığını test etmək üçün onu bir
qabın içinə qoyur və içərisini su ilə doldurur. Su ilə dolu qab, içərisindəki
smartfonla birlikdə dondurulur. Buz kütləsi içindəki Galaxy Note 7, tam olaraq 30 metr hündürlükdən aşağı atılır.
İşin
maraqlı yanı isə buz içində suya dözümlülüyü köməkliyi ilə işləməyə davam edən
Note 7-nin 30 metrdən düşməsinə baxmayaraq heç bir zərər görməməsidir. Görünüşə
görə Corning Gorilla Glass 5, həqiqətən bir əvvəlki modelə nisbətən çox daha
dayanıqlı bir hala gətirilib.
Sözü
daha çox uzatmadan sizi video ilə baş-başa buraxaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)