main-post-cover

    300$-a öz iPhone 6s modelini hazırladı (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amerikalı mühəndis Scotty Allen, yerli elektronika hissələrinin istehsalını incələmək üçün Şanxayda bir neçə ay zaman keçirib.

    Onun videosu, elektronika hissələrinin yerli bazarına və iPhone modelləri üçün hissələrin hazırlanıb satılması ilə məşğul olan xüsusi yerlərə həsr olunub. Scotty, müxtəlif mobil cihazlar üçün hissələrin satıldığı bazarlarda uzun zaman keçirib. Kimsə həmin hissələrdən işlək smartfonun hazırlanmasının mümkünlüyü barəsində maraqlananda, Scotty-nin ağlına maarqlı bir fikir gəlib. Beləliklə o, smartfon hissələrinin satıldığı bazardan lazımi komponentləri alaraq 16 GB daxili yaddaşa sahib iPhone 6s modelini yığıb. Maraqlısı ondadır ki, onun özünün hazırladığı model 300$-a başa gəlib. Yəni əsl iPhone modeldən 2 dəfə daha ucuz.
     
    Linki kopyala