main-post-cover

    30000 dollarlıq Gaming PC!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Oyun kompyuterləri bəzən sərhədləri aşa bilir. Hətta imkan və pulun olduğu yerdə texnologiyanın limiti olmur. Kingston sponsorluğu ilə PC deyilməsi belə mümkün olmayan bir cihaz yaradan LinusTechTips bütün sərhədləri aşdı. Həm də 30000 dollarla!
    7 oyunçunun eyni anda oyun oynaya biləcəyi bu əjdaha kompyuter 14 nüvəli iki ədəd CPU’ya sahibdir və 256GB RAM'la təchiz olunub. Eyni zamanda 7 ədəd AMD R9 Nano 4GB ekran kartına sahibdir. Bununla yanaşı 1 TB həcmində 7 SSD yaddaş qurğusu da quraşdırılıb. Onların ayrı ayrılıqda qiymətləri isə belədir:
    • RAM: 2.454.72 dollar
    • SSD: 3.267.92 dollar
    • KASSA: 399.95 dollar
    • 34 inç curved monitor: 10.003 dollar
    • Prosessor: 5.321.64 dollar
    • Ana Kart: 564.91 dollar
    • AMD GPU: 4.543 dollar
    • 1.500W PSU: 674.50 dollar
    Linki kopyala