304$ dollara ekranı 360 dərəcə qatlanan və touchscreen notebook. (Asus Transformer Book )

304$ dollara ekranı 360 dərəcə qatlanan və touchscreen notebook. (Asus Transformer Book )

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Aşağı büdcəli, gündəlik təlabatınızı ödəyəcək və diqqətləri özünə cəlb edən bir notebook axtarırsınızsa Asus Transformer Book Flip\'ə mütləq nəzər salmalısınız.

Bu məqaləmizdə Asusun Transformer Book Flip TP200SA modelini araşdıracağıq. Baxaq görək Asus bu cür aşağı büdcəyə belə bir notebookla bizə hansı imkanları təqdim edir.


Texniki göstəricilərinə keçməzdən əvvəl sözügedən notebooku digərlərindən fərqləndirən əlamətləri sadalamaq faydalı olardı. Standart notebooklardan fərqli olaraq Asus Transformer Book\'un qapağı 360 dərcə fırlana bilir. Ani bir hərəkətlə notebooku planşet formasına salmaq olduqca asandır. Belə bir vəziyyətdə ekranı idarə etmək üçün touchscreen\'ə ehtiyac yaranır. Təbii ki, bu nüansda Asus\'un diqqətindən yayınmayıb. Transformes book, touchsreen ekrana malikdir. A4 kağızından da balaca olan 1.2 kg çəkiyə sahib bu notebook\'un ekranı multitouch funksiyasına sahibdir.


Type-c, USB 3.0, USB 2.0, Micro HDMI, Micro SD giriş və çıxış portlarına sahib olan bu notebook öz ağıllı touchpadi ilə də fərqlənir. 8 saata qədər enerji saxlayan batareya ilə Asus sizin gündəlik ofis işlərinizi səyahətdə olan zaman optimal idarəetmə imkanı yaradacaq. Lisenziyalı Windows 10 ilə satışa çıxan bu model aşağı büdcəli notebook axtaran istifadəçilərin ideal seçimi ola bilər.

Texniki göstəricilərinə gəldikdə isə Asus Transformer Book Flip TP200SA modelində 2 GB RAM32 GB-lıq SSD disk yer almaqdadır. İntel Celeron 1.6 GHZ sürətə sahib prosessordan güc alan bu notebookun ekranı 11.5 inç Touch-Flip\'dir. Wi-fi, Bluetooth və web kameranın da yer aldığı bu notebookun qiyməti cəmi 304 dollardır. Ucuz qiymetə baxmayaraq rəqiblərindən fərqli olaraq Asus ənənəsinə sadiq qalaraq bu modeldə də IPS ekrandan istifadə edib. Belə ki, Asus Transformer Booka rəqib olan digər aşağı büdcəli notebooklarda olduqca zəif TN ekran istifadə olunur. Bundan əlavə ekranda Asus Truvivid görüntü texnologiyasından istifadə olunduğu üçün işıqlı ərazilərdə belə ekrandakı canlı rəngləri rahat ayırd etmək mümkündür.

İncə dizayn, cazibədar görünüş, touch-screen ekran, uzun ömürlü batareya ilə gündəlik işlərinizi idarə etmək, internet, sosial hesabların idarə olunması və ən əsası lisenziyalı əməliyyat sistemini istifadə etmək istəyənlər seçimlərini Asus Transformers Bookdan yana etmələridir.

Sözü gedən modeli bu linkə daxil olaraq From.ae saytı vasitəsilə Azərbaycana dərhal sifariş edə bilərsiniz.


 Prosessor  İntel 2 nüvəli Celeron N3050
 Əməliyyat Sistemi  Windows 10 64 bit
 Ekran  11.6 düyüm, arxadan işıqlandırma LED, Ultra Slim 200nits, Touch, IPS
 Kamera  VGA Kamera
 RAM, daxili yaddaş  2 GB RAM, 32 GB SSD
 Wireless  802.11ac+Bluetooth 4.1 (Dual Band)
 Bağlantılar 1x USB 2.01x USB 3.0

1x USB3.1 Type C (gen 1)

Qulaqlıq / Mikrofon girişi)

Mikro-HDMI

microSD kart oxuyucu

Daxili mikrofon

Daxili səs gücləndirici

 

 

 

 

 

 


 

 

 Batareya
8 saate qədər 38WHrs, 2S1P, 2-cell Li-ion  Polymer
 Rəng  Kristal Gümüş
 Ölçü

297 x 201 x 18,45mm



 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×