31 Dekabr tarixində "Apple" daha 4 məhsulunun texniki dəstəyini dayandıracaq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
31 Dekabr 2016-cı il tarixində "Apple” şirkətinin Mac kompüterlərinin 4 modelinin servis dəstəyi dayandırılacaq.
Sözügedən siyahıya 2011-ci ildə
satışa çıxmış 15-17 inç ekranlı MacBook və Mac Mini ilə 13 inç ekranlı MacBook
modelləri daxildir. Əgər siz bu modellərin istifadəçilərisinizsə və sizə
texniki kömək lazımdırsa onda sizin bir ay vaxtınız var. Bir aydan sonra şirkətin
rəsmi texniki dəstəyini almaq mümkün olmayacaq. Bir qayda olaraq "Apple” öz
siyahısını müəyyən cihazın satışa çıxmasında 5-7 il sonra yeniləyir. Çox güman
ki, 2022-ci ildə indi dəbdə olan iPhone 7 modeli də daxil olacaq. Bundan əlavə
olaraq bu il texniki dəstəyi dayandırılmış cihazlar siyahısına həmçinin iPhone
4 modeli və 2010-cu ildə satışa çıxmış 13 inç ekranlı MacBook Air kompüteri də
daxil olmuşdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)