

Son bir neçə gündür ki, Samsungun yeni admiral gəmisi sayılacaq fableti Galaxy Note 5 haqqında söz-söhbət bitmək bilmir. İnternetə sızmış son 3 şəkillər isə telefonun xarici görünüşü haqqında daha bir-neçə məlumat verir.
Galaxy Note 5`in daha bir neçə şəkili yayıldı
İnternetə sızmış ilk şəkil bizə telefonun ön hissəsini göstərir. Ekran yanılı olduğundan, Samsungun telefonlarındakı dizayn anlayışı TouchWiz`in yeni versiyasını da görə bilirik. Yenilənmiş iconlar daha rəngli və daha "yumuşaq”dır.
Bu şəkillərdən ikinci və üçüncüsü isə bizə telefonun alt hissəsini və "stylus” adlanan idarəetmə qələmini göstərir. Əvvəlki söz-söhbətlərdə qələmin avtomatik çıxma mexanizminə malik olacağı və bir düymə kimi içəri basıldıqda çıxacağı deyilmişdi. Ancaq bu şəkildə görürük ki stylus əvvəlki Note seriyalarında olduğu kimi dırnaq ilə dartmaqla çıxarılacaq.

Həmçinin şəkillərdən telefonun səsucaldıcısının arxa tərəfdə yox, Galaxy S6-dakı kimi altda olduğunu görürük.
Bəs siz bu yenilik haqqında nə düşünürsünüz?
Şərh yoxdur