3.5 mm girişi iPhone 7-ə qaytaran keys
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iPhone 7 və iPhone 7 Plus üçün nəzərdə tutulmuş Fuze Case 3,5 mm qulaqlıq girişinə sahib olması ilə yanaşı həmçinin enerji yığma keysi kimi də işlədilir.
Fuze Casey-in yaradıcıları
bildiriblər ki, keys, cihazı yalnız 5 mm qalınlaşdırır və onun çəkisi 28 qr-dır..
Lakin o iPhone 7-ni 2400 mAh, iPhone 7 Plus-ı isə 3600 mAh əlavə enerji ilə təmin
edəcək gücə sahibdir. Bütün bunlardan əlavə olaraq keys həmçinin 3.5 mm audio
giriş üçün nəzərdə tutulmuş qulaqlıqlardan naqilsiz istifadəni təmin edir. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən keys Lightning giriş vasitəsilə enerji yığır. Keysin korpusu plastikdənhazırlanmışdır. IndieGoGo platformasında lazımi vəsaiti yığandan sonra cihaz 69$
qiymətinə satılacaq. Lakin İphone 7 Plus modeli üçün olan keysin qiyməti hələki
bilinmir. Keysin ilk tirajının bu ilin Dekabr ayında satışa çıxması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək