main-post-cover

    35.000 dəfə yüklənən for8 tətbiqinə Like Premium xüsusiyyəti gəldi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    10.000 insanın bir-biri ilə tanış olmasını təmin edən for8 tətbiqi Like Premium xüsusiyyətinin tətbiqinə hazırlaşır.

    Tətbiq tanışlıq məqsədilə yaradılıb. Bu tətbiqin digər tanışlıq proqramlarından fərqli tərəfi istifadəçilərin foto yerinə 8 saniyəlik video yerləşdirməsidir. Türklər tərəfindən yaradılan tətbiq yarandığı gündən bu günədək 35.000 dəfə yüklənib və çoxlu sayda insanların tanış olmasına şərait yaradıb. Burda tanışlığı daha real təşkil etmək üçün insanların Facebook profili analiz olunaraq tanış olması üçün qarşı tərəfə təqdim olunur. Belə ki, Facebook profilinizdən yaşınız, harda yaşadığınız haqda məlumatlar, 8 saniyəlik videoların yer aldığı profillər qarşılıqlı şəxslər tərəfindən bəyənildikdən sonra onların əlaqə yaratması üçün şərait yaranır. Yəni bəyənmə qarşılıqlı olmalıdır.

    Təbii ki, tətbiqdən çoxlu sayda insan istifadə etməyə başladığı üçün for8 üçün Like Premium xüsusiyyəti də gətirildi. Tətbiqdən pulsuz istifadə edənlər onların profilini kimlərin bəyəndiyindən xəbərsiz olur və yalnız hər iki tərəf də bəyəndiyini təstiq etdikdə onda tətbiqdən xəbərdarlıq gəlir. Amma bu qayda Like Premium istifadəçilərində bir qədər avantajlıdır. Belə ki, pullu istifadəçi onun profilini kimin bəyəndiyi haqda məlumat alır və arzu edərsə qarşılıqlı bəyənərək əlaqə saxlaya bilir.
    Linki kopyala