Reklam
360$-a qədər ala biləcəyimiz donmayan 2 ən yaxşı tablet.

360$-a qədər ala biləcəyimiz donmayan 2 ən yaxşı tablet.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Mobil telefon və kompüterlər kimi, gün ərzində istifadə etdiyimiz cihazlardan biri də tabletlərdir. Telefon və notebook arasında bir pillədə qərarlaşan tablet istehsalında da bazarda kifayət qədər rəqabət var. Samsung, Apple, Huawei və s. kimi böyük firmalar bu bazarda rəqabət aparırlar. Belə bir vəziyyətdə tablet istifadəçilərinin ən əsas problemi stabil çalışan və donmayan cihazı tapmaqdır. Xüsusilə Samsung-un aşağı büdcəli modellərində bu donmalar tez-tez baş verir və istifadəçilər üçün tabletdə baş verən donmalar ən arzuolunmaz problemlərdəndir. Bu məqaləmizdə biz sizlər üçün 400$-a qədər ala biləcəyiniz ən yaxşı orta büdcəli 2 tableti təqdim edəcəyik.



HTC Nexus 9 32GB Wi-Fi

Google uzun müddətdən sonra yenidən HTC ilə əməkdaşlığı çərçivəsində növbəti nexus modelini təqdim edib. HTC Nexus 9 həm dizayn, həm texniki göstəricilər baxımından diqqətləri öz üzərinə çəkən bir model olub və hal-hazırda da yaxşı satış statistikalarına malikdir. Android 5.0 əməliyyat sistemi ilə satışa çıxan HTC Nexus 9 modelinin ekranı 8,9 düymdür. 2048x1440 piksel ölçülərinə sahib olan ekran IPS LCD texnologiyası ilə hazırlanıb. Tabletin daxilində 2.4 GHZ saat sürətlə çalışan 64 Bit Nvidia Tegra K1 prosessoru yerləşir. Planşetdə qrafik prosessor olaraq isə Keepler DX1-dən istifadə olunub və nüvə sayı ilə diqqət çəkir. Qrafik prosessoru sayəsində ağır oyunlarda yüksək performans ortaya qoyan HTC Nexus 9, 2 GB operativ yaddaşa malikdir.


16 və 32 GBdaxili yaddaş ilə təqdim olunun bu modelin təəssüf ki, micro SD dəstəyi yoxdur. 6700 mAh batareya gücü isə bu böyüklükdə ekrana malik tablet üçün yaxşı göstəricidir. Əvvəl ki, Nexus tabletlərindən fərqli olaraq arxa kamerasında flash mövcud olan Nexus 9, 8 MP-lik arxa, 1.6 MP-lik ön kameranı daşıyır. Cihaz qara, ağ və qızılı olmaqla 3 rəng çalarına malikdir.

 

Tabletin ən önəmli detallarından biri də, HTC One seriyalarında mövcud olan Boomsound səs gücləndiricilərinə sahib olmasıdır. Rəsmi olaraq Nexus-da Boomsound texnologiyası adlandırılmasa da, Nexus 9-u HTC istehsal etdiyindən buna başqa ad verə bilməzdik.

354 dollara Azərbaycana sifariş etməyin mümkün olduğu bu modeli bəyəndinizsə, daha ətraflı məlumat və sifarişlə bağlı buraya daxil olmaqla məlumat əldə edə bilərsiniz.

Söhbət donmayan və tutulmayan tabletlərdən gedirsə, Apple istehsalı iPad-lərdən mütləq söhbət açmaq lazımdır. Bu gün sizlər üçün seçdiyimiz və məsləhət gördüyümüz orta büdcəli iPad modeli iPad Mini 3-dür.

Apple iPad mini 3 Wi-Fi

Köhnə model olmasına baxmayaraq stabil çalışan və sizə lazım olan bütün xüsusiyyətləri təqdim edən iPad mini 3, iPad mini 2-nin Touch ID ilə yenilənmiş versiyası adlandırmaq olar. Qızılı rəng çalarının da istehsal edildiyi bu model müasir Apple cihazları kimi 32 GB daxili yaddaş ilə təqdim olunmur. 16, 64 cə 128 GB-lıq daxili yaddaş ilə təqdim olunan iPad mini 3, 331 qram ağırlığındadır. Apple-ın 1.3 GHZ sürəti ilə çalışan A7 prosessorundan istifadə edən cihaz 1GB DDR 3GB RAM-a sahibdir. 1536x2048 piksel ölçülü ekran 7.9 düymdür. 5 MP-lik iSight kamera ilə satışa çıxan bu modeldə əlavə olaraq 1080p HD kamera, FaceTime HD ön kamera, daha sürətli MIMO 802.11n Wi-Fi bağlantısı və M7 köməkçi prosessoru yer alır. iPhone 5s, 6 və 6s istifadəçiləri kimi də iPad mini 3 istifadəçiləri də Touch ID-dən istifadə etməklə güvənlik səviyyəsini bir üst səviyyəyə daşıya bilərlər. Qiymətinə gəlincə isə cəmi 291 dollara From.ae vasitəsilə bu modeli dərhal Azərbaycana sifariş edə bilərsiniz. Ətraflı məlumat və yaddaş həcminə görə qiymətlərlə maraqlanmaq üçün buraya daxil olun.

 

 
 
 
 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×