

Güman olunur ki, insanlar hər gün 10 milyon Blu-Ray disk həcmli məlumat istehsal edirlər. Bu məlumatları isə hardasa saxlamaq lazım gəlir. Britaniyalı alimlər bu problemin həllini tapıblar. Onlar 13.8 milyard il müddət ərzində məlumatları özündə saxlaya bilən 360 TB-lıq kiçik 5D ölçülü şüşə diski təklif edirlər. Məlumatların saxlanılacağı diski yaratmaq üçün Sauthempton Universitetinin mütəxəssisləri qısa və uzun işıq impulslarını yaradan femtosaniyəli (1 femtosaniyə saniyənin kvadrillion hissəsinə bərabərdir) lazerdən istifadə edirlər. Həmin impulslar məlumatları nanostrukturlu nöqtələrin 3 layına yazır. Nöqtələr arasındakı məsafə isə 5 mikrometr-dir (0.005 mm). Bəs 5D ölçü necə əmələ gəlir?
İlk öncə hər bir nöqtənin üç ölçülü mövqesi, ölçüsü və oriyentasiyası var. Yaradılmış nanostrukturları optik mikroskop və polyarizator ilə birlikdə oxumaq mümkündür. Yeni nəsil SD diskinin yaradıcılarının sözlərinə görə bu cür texnologiya böyük arxivlərin olduğu təşkilatlar üçün çox yararlıdır. Məsələn muzeylər, kitabxanalar və s.
Horizon: Zero Dawn haqqında lk məlumatlar
"Düşünürəm ki, bu çox gözəl texnologiyadır hansı ki, gələcək nəsillər üçün böyük həcmli məlumatları qoruyub saxlayacaq. Bu texnologiya bizim sivilizasiyanın son sübutu rolunu oynaya bilər. Yəni bizim öyrəndiklərimiz yaddan çıxmayacaq” – deyə mütəxəssislərdən biri olan Peter Kazansky bildirib. Sözügedən texnologiya bu həftə San-Fransisko şəhərində keçirilmiş optik texnologiya üzrə beynəlxalq konfransda təqdim olunub. Mütəxəssislər bu texnologiyanı hazır qlobal məhsula çevirmək üçün istehsalçı tərəfdaşlar axtarışındadır. Baxmayaraq ki, bu texnologiya ilk dəfə 2013-cü ildə təqdim olunmuşdur indi o daha böyük həcmli məlumatların saxlanılmasına qadirdir. Mütəxəssislər artıq diskə Ümumdünya insan hüquqları bəyannaməsini, Nyuton optikalarını, Böyük Azadlıqlar Xartiyasını və Kral James-in İncilini daxil ediblər.
Şərh yoxdur