3D avatarınızı yarada biləcəyiniz proqram təqdim olundu

08.05.2017 0 PAYLAŞIM 5766 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Texnologiyanın inkişafı gündəlik həyatımızda yeniliklərə olan təlabatı daha da artırmaqdadır. Artıq sahib olduğunuz bir selfi şəkli ilə 3D avatarınızı yarada biləcəksiniz.

Avatarlar bir çox insanın diqqətini cəlb etməkdədir. Belə olan halda şirkətlər də buna uyğun yeni proqramlar təklif edirlər. Avatarların diqqət çəkən tərəfi isə onun istifadəçi ilə nə qədər çox oxşarlıq təşkil etməsidir.

Amma təqdim olunan yeni sistem, bu proseduru fərqli formada təşkil edir. San Fransiskoda yerləşən süni zəka şirkətiLoom.ai, yeni sistemi nəticəsində sadəcə bir fotonuzu istifadə edərək 3D avatarınızı ortaya çıxarır. Həmçinin əldə olunan nəticələr olduqca keyfiyyətlidir.

İnsan üzünün xətlərini öyrənən və bu çizgiləri anlayan proqram, ortaya çıxardığı 3D avatarda uyğun görüntünü ortaya çıxarır.

Sözü gedən texnologiya hələ tam hazır deyil. Amma Loom.ai texnologiyanı üçüncü hissə platformaların istifadəsi üçün lisans almağa çalışır. Sistem, xüsusilə virtual reallıq mövzusunda vacib işlər görməyə şərait yaradır.

3D avatarlar haqda videonu aşağıdan izləyə bilərsiniz.