3D çəkiliş özəlliyinə sahib Huawei Honor V9 smartfonu təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Çində Huawei Honor V9 smartfonu təqdim olunub.
Yeni smartfon 3 versiyada təqdim olunub. Onlar bir-birilərindən
RAM və daxili yaddaş göstəricilərinə görə fərqlənirlər. Smartfonun beynəlxalq
versiyası isə Honor 8 Pro adlanacaq. Honor V9, metal korpusa sahibdir və 4 rəngdə
təqdim olunur. Çox güman ki, bu versiya məhz Çin bazarı üçün eksklüziv olacaq.
Beynəlxalq versiya olacaq Honor 8 Pro isə oxşar texniki göstəricilərə sahib
olacaq. Lakin təbii ki, beynəlxalq versiyanın qiyməti bir qədər baha olacaq.
Sözügedən smartfonun əsas özəlliklərindən biri onun 3D çəkiliş funksiyasıdır.
Güman olunur ki, həmin funksiya vasitəsilə adi foto çəkib daha sonra çəkilmiş
fotonun modellərini 3D printerdə çap etdirmək mümkün olacaq.
Texniki göstəricilərinə gəldikdə isə Honor V9, 5.7 inç QHD
ekran, 8 nüvəli Kirin 960 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş
(microSD özəllikli), 4000 mAh enerji tutumlu batareya, biri 12 MP rəngli, digəri
12 MP monoxrom olan ikili arxa kamera və 8 MP ön kamera ilə təchiz olunub.
Smartfon, barmaq izi skanı və iki SIM kart özəlliklərinə sahib olmaqla yanaşı Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun hələki Çin
bazarındakı qiyməti məlumdur. Deməli 4 GB RAM və 64 GB daxili yaddaşa sahib
versiya, 376$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya, 434$, 6 GB RAM və
128 GB daxili yaddaşa sahib versiya isə 507$ qiymətinə satılacaq. Çində onun
satışları 28 Fevral tarixində start götürəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)