main-post-cover

    3D printer sayəsində 24 saata yaşayış evi çap edən startap

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Əgər siz yeni evə köçmək istəyirsinizsə, lakin xoşunuza gələn variant tapa bilmirsinizə, onda kefinizi pozmayın.

    Belə ki, yaxın zamanda bəlkədə siz öz evinizi sadəcə olaraq çap etdirə biləcəksiniz. Apis Cor adlı startap, hazırlaedığı nəhəng 3D printer vasitəsilə rekord müddət ərzində sizin üçün ev yarada bilər. Sözügedən startap bir növ yeni ev tikilməsinin daha asan və rahat üsulunu təklif edir. Belə ki, startapın yaratdığı texnologiya, 24 saat ərzində kiçik bir ev üçün beton divarlar çap edə bilir. Bir neçə müddət bundan öncə Apis Cor, Rusiyada öz nəhəng 3D printerini sınaqdan keçirtmişdi. 3D printerdən daha çox adi tikinti kranını xatırladan cihaz, lay-lay beton tərkibindən ev düzəldir. Məlumata əsasən bu cür ev, 175 il dözə bilər. Divarların çapından sonra printer onları bərkidir daha sonra isə adi ustalar lazımi komponentləri evə əlavə edirlər. Məlumata əsasən bu cür evin tikilməsi və lazimi avadanlıqlarla təchiz olunması, 10.000$ başa gəlir. Bu cür evlər, təbii fəlakətlər olmuş yerlərdə tez bir zamanda insanları sığınacaq ilə təmin etmək üçün əlverişli variantdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər