
46 yaşına kimi Elon Musk milyardlarla dəyəri olan 4 şirkəti necə yaratdı? Onun sirri nədədir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Elon Musk, günümüzün görkəmli dahisi və eruditidir (müxtəlif
sahələrdə bilikləri olan şəxs). Unikal öyrənmək praktikası sayəsində o, bir çox
uğurlara imza atdı. Necə mümkündür ki, Elon Musk, 46 yaşına kimi müxtəlif sahələrdə
(proqram təminatı, energetika, nəqliyyat və aerokosmos) milyardlarla dollar dəyərində
4 şirkət qurdu? Bir çoxları bu uğuru, onun çox çalışması və gələcəyə qeyri-adi baxışı ilə əlaqələndirir.
Belə ki, Elon Musk həftədə demək olar ki, 85 saat çalışır. Lakin mənə elə gəlir
ki, bunlar yetərli səbəblər deyil. Bir çox insanlar bu xüsusiyyətlərə sahibdir.
Mənim bilmək istədiyim isə Elon Musk-ın, nəyi qeyri-adi şəkildə etməsidir.
Elon Musk haqqında məqalələr, kitablar oxuyanda və videolar izlədikdə, mən
vacib elementin yoxluğuna fikir verdim. Adətən hesab edilir ki, əgər siz dünya
şöhrətli mütəxəssis olmaq istəyirsinizsə, onda siz bir sahədə fikrinizi cəmləşdirməlisiniz.
Musk isə bu qaydanı tamamilə məhv edir. O, raketqayırma, mühəndislik və fizika
üzrə mütəxəssis olmaqla yanaşı həmçinin süni zəka və günəş enerjisi barədə də məlumatlara
sahibdir. Elon Musk bir növ erudit mütəxəssisdir. Bu cür insanlar müxtəlif sahələri
müşahidə edərək onları birləşdirən özəllikləri tapıb həmin özəllikləri öz işlərində
istifadə edirlər. Musk-ın həyatı barəsində və təlim ilə erudisiya üzrə akademik
ədəbiyyat barədə apardığım araşdırmalardan mən belə bir qənaətə gəldim ki, əgər
biz uğur qazanmaq üçün şanslarımızı artırmaq istəyiriksə, onda biz hamımız müxtəlif
sahələri öyrənməliyik. Əgər siz müxtəlif sahələr haqqında bilik əldə etməyi
sevirsinizsə, onda növbəti cümlələri də eşitmiş olarsınız:
"Böyü artıq. Diqqətini bir şeyə yönəlt”.
"Müxtəlif sahələrdə mütəxəssis, lakin heç birində usta
olmayan”.
Bu fikirlər əgər siz müxtəlif sahələrdə biliklər əldə
etdiyiniz təqdirdə yalnız səthi məlumatlara sahib olduğunuz və heç vaxt bu və
ya digər sahədə mütəxəssis ola bilməyəcəyiniz fərziyyəsinə əsaslanır. Lakin
erudit mütəxəssislər bu nəzəriyyəni alt-üst edirlər. Müxtəlif sahələrdə olan təlimlər,
informasiya üstünlüyünü verir. Belə ki, bir çox insanlar yalnız bir sahədə diqqətlərini
cəmləyirlər. Məsələn siz texnologiyalarla məşğul olursunuz və sizin bütün həmkarlarınız
texnoloji məqalələri oxuyurlar. Lakin bununla yanaşı siz həmçinin biologiya üzrə
də mütəxəssissiniz. Məhz buna görə siz elə bir şey fikirləşə bilərsiniz ki, həmin
fikirləşdiyiniz, digər insanların ağıllarına belə gəlməyəcək. Buna baxmayaraq
çox az adam, onlara aid olmayan sahələri öyrənir. Sizin əsas sahənizdə olan digər
mütəxəssislərə məlum olmayan öyrənilmiş yeni biliklər, həmin bilikləri bir
araya gətirmək imkanını verir. Erudit mütəxəssisin də əsas üstünlüyü bundadır. "Gənc
yaşlardan Musk, gün ərzində müxtəlif sahələri əhatə edən iki kitab oxuyurdu” – deyə
Elon Musk-ın qardaşı Kimbal Musk bildirib. Yəni əgər siz ay ərzində bir kitab
oxuyursunuzsa, Musk sizdən 60 dəfə daha çox kitab oxuyur. İlk öncə Musk,
elmi-fantastik, fəlsəfi, dini, proqramlaşdırmaya aid kitablar və alimlər, mühəndislər və sahibkarlar
haqqında bioqrafiyalar oxuyurdu. Böyüyəndə isə o, fizika, mühəndislik, məhsulun
hazırlanması, biznes, texnologiyalar və energetika ilə maraqlanmağa başladı.
Biliklərə yiyələnmək həvəsi ona, məktəbdə əldə olunmayan məlumatları verdi.
Bundan əlavə olaraq Elon Musk, digərlərinin güman etmədikləri daha bir özəlliyi
də öyrəndi. Söhbət, bacarıqların köçürülməsindən gedir. Bacarıqların köçürülməsi,
bir sahədəki biliklərin digər sahədə istifadə edilməsinə imkan verir. Bacarıqların
köçürülməsi, məktəbdə əldə olunmuş və ya hansısa kitabdan götürülmüş biliyin
real həyatda istifadə edilməsidir. Bu məsələdə Elon Musk əsl mütəxəssisdir.
Ondan alınmış müsahibələrə əsasən o, bu özəlliyə yiyələnmək üçün iki prinsipə əsaslanıb.
1. O, bilikləri əsas prinsiplərə ayırır:
"Vacib olan, bilikləri, semantik ağac kimi (hansısa obyekt
(proses və ya hadisə) insan tərəfindən o dərəcədə dərk edilir ki, insan hansısa
tapşırığı həll etmək və ya problemi aradan qaldırmaq üçün həmin obyektdən aktiv
şəkildə istifadə edir) görməkdir. Detallara (yarpaqlar) keçid etmədən öncə əmin
olun ki, siz fundamental prinsipləri (gövdə və böyük budaqlar) anlayırsınız.
Əks halda siz heç nəyə əsaslana bilməyəcəksiniz” –deyə Elon Musk bildirib. Tədqiqatlardan
birinə əsasən biliklərin abstrakt prinsiplərə çevrilməsi, bacarıqların köçürülməsinə
kömək edir. Digər bir üsul isə intuitiv səviyyədə fundamental prinsipləri başa
düşməyi, insanlara kömək edir. Bu üsul, fərq axtarışı adlanır. Sözügedən üsul
bu cür işləyir: Fərz edək ki, siz "A” hərfini, "A” hərfi edən xüsusiyyətləri
anlamaq üçün həmin hərfi paylaşdırmaq istəyirsiniz. Bu halda iki varianta nəzər
salaq.

Hansı variant daha effektivdir?
Birinci variant: Birinci variantda olan hər bir "A” hərfi daha çox məlumat verir. Belə
ki, oxşarlıq ilə fərqliliyi anlamaq mümkün olur. İkinci variantda isə bir biri
ilə eyni olan "A” hərfi
bu cür məlumatı vermir. Əgər biz təlim zamanı müxtəlif variantları müşahidə etsək,
onda intuitiv səviyyədə hansı biliklərin daha lazım olduğunu anlayacağıq və əldə
olunmuş məlumatları birləşdirmək bacarığına sahib olacağıq. Real həyatda biz
bundan necə istifadə edə bilərik? Əgər siz nəsə yeni bir şeyi öyrənməyə
başlamısınızsa, onda diqqətinizi bir üsula yönəltməyin. Müxtəlif nöqteyi nəzərləri
incələyin, onları müşahidə edin və onları qarşılaşdıraraq aralarındakı fərqi
tapın. Beləliklə siz fundamental prinsiplərə çıxış əldə edəcəksiniz.
2. O, əldə olunmuş prinsipləri yeni sahədə bərpa
edir:
İkinci addım, Musk-ın süni zəka, texnologiya, fizika və mühəndislik
sahəsini öyrəndiyi zaman əldə etdiyi fundamental prinsipləri, yeni sahədə bərpa
etməsini özündə birləşdirir.
- Aerokosmik sahəsində fundamental prinsiplərin tətbiq
edilməsi nəticəsində "SpaceX”in yaradılması
- Maşınqayırma sahəsində fundamental prinsiplərin
tətbiq edilməsi nəticəsində "Tesla”nın yaradılması
- Aviasiya sahəsində fundamental prinsiplərin tətbiq
edilməsi nəticəsində şaquli eniş və qalxış reallaşdıran elektrikli təyyarələrin
yaradılması
- Texnologiya sahəsində fundamental prinsiplərin tətbiq
edilməsi nəticəsində insanın koqnitiv xüsusiyyətlərini üst səviyyəyə qaldıran
neyron cihazlarının yaradılması
- Texnologiya sahəsində fundamental prinsiplərin tətbiqi
nəticəsində "PayPal"ın yaradılması
- Texnologiya sahəsində fundamental prinsiplərin tətbiqi
nəticəsində "OpenAI" şirkətinin yaradılması.
Psixologiya üzrə görkəmli professor Keith Holyoak,
insanlara, özlərinə iki sualı verməyi məsləhət görür. "Bu mənə nəyi xatırladır?”
və "Nəyə görə bu mənə onu xatırladır?”. Ətrafınızdakı olan obyektləri mütəmadi
olaraq müşahidə edən və özünüzə suallar verən zaman sizin beyin əzələləriniz məşq
edir. Beləliklə siz digərlərinin görmədikləri əlaqələri görmüş olursunuz. Bir
sözlə bu bir möcüzə deyil, sadəcə olaraq düzgün təlim üsuludur. İndi biz başa
düşürük ki, Elon Musk, erudit mütəxəssis səviyyəsinə necə qalxıb.
- Gənc yaşlarda o, hər bir kitab oxumağı sevən şəxsdən
60 dəfə daha çox kitab oxuyurdu
- O, müxtəlif sahələri əhatə edən kitablar oxuyurdu
- O, ideyaları müşahidə edərək onları fundamental
prinsiplərə ayırıb yenidən bərpa edərək onları həmişə tətbiq edirdi.
Elon Musk-ın bu hekayəsi onu göstərir ki, bir sahə üzrə
ixtisaslaşma, böyük uğura aparan yeganə üsul deyil. Məşhur erudit mütəxəssis Richard Buckminster Fuller vaxtı ikən bizim hamımızın haqqında düşünməli
olduğumuz düşüncə dəyişimi haqqında danışmışdı. Baxmayaraq ki, o öz fikrini uzun
illər bundan öncə söyləmişdir, o indiki vaxta qədər aktual olaraq qalır. "Biz,
dar ixtisaslaşmanın məntiqi, təbii və arzu olunan qəbul olunmuş bir əsrdə
yaşayırıq. Məhz buna görə insanlıq hərtərəfli başa düşülmədən məhrum olub.
İxtisaslaşma insanlarda təcrid, faydasızlıq və utanclıq xüsusiyyətlərini
yaratdı. O həmçinin ona gətirib çıxartdı ki, insan düşünmə məsuliyyətini və
ictimai fəaliyyəti digərlərinə ötürməyə başladı. İxtisaslaşma, yığılacağı təqdirdə
beynəlxalq və ideoloji çəkişmələrə və hətta müharibəyə gətirib çıxara biləcək
qarışıq hislər yaradır” – deyə Richard Buckminster Fuller bildirmişdi. Əgər biz
müxtəlif sahələrdəki əsas biliklərin öyrənilməsinə zaman ayırsaq və əldə
olunmuş məlumatları real həyatda tətbiq etsək, onda bir sahədən digərinə keçid
etmək daha azad və anlaşıqlı şəkildə baş verəcək. O vaxt ki, insan əsas
prinsiplər üçün bir saxlanma yeri yaradacaq və onları müxtəlif sahələrdə tətbiq
etməyi öyrənəcək, onda o özünə əvvəllər məlum olmayan sahəyə keçid edərək həmin
sahəyə öz töhfəsini verəcək. Elon Musk-ın təlim barəsində olan unikal
bacarığının başa düşülməsi onun, 100 illər boyunca varolan sahələrə necə keçid
edərək həmin sahələrin inkişaf təməllərini dəyişməsini anlamağa kömək etdi.
Məqalə bu saytdan götürülüb və tərcümə olunmuşdur.
Linki kopyala
Həftənin xəbərləri

