main-post-cover

    4.7 düym iPhone 7 görüntüləri sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple'ın maraqla gözlənilən yeni ağıllı telefonu iPhone 7, qızılı rəngi ilə görüntüləndi.

    2016-cı il üçün rəsmi olaraq tanıdılmayan tək flaqman telefon qalıb. Bu da Apple firmasının sentyabr ayında təqdim edəcəyi iPhone 7 modelidir. İndiyə qədər olan bəzi sızıntılara görə iPhone 7, iddialara görə 4.7 inçlik modellə yanaşı, 5.5 inçlik və cüt kameralı iPhone 7 Plus ilə birlikdə təqdim olunacaq.
    Bugün Çin'in Twitter'ı olaraq bilinən Weibo'da iPhone 7'nin qızılı rəngli modeli sızdırılıb. Fotoda sadəcə modelin arxa hissəsi görünür, iPhone 6 və iPhone 6s modelinə nəzərən isə kiçik dizayn dəyişiklikləri var.

    Bunlardan ilk gözə çarpanı cihazın daha yuvarlaq xətlərə sahib olmasıdır.

    Kamera ilə LED flaş arasında yeni bir modulun olduğunu görürük. Bunun lazer avtofokus olacağı ehtimal olunur.
    Təbii ki, sızdırılan bu görüntü real olmaya da bilər.
    Linki kopyala