5 yeni və effektiv SMM trendi

5 yeni və effektiv SMM trendi

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

SMM dünyası heç vaxt yerində durmur. Demək olar ki, hər həftə böyük sosial şəbəkələr yeni funksiyalar təqdim edərək köhnələri təkmilləşdirirlər. Bununla yanaşı marketoloqlar öz rəqiblərindən geri qalmamaq üçün bu yenilikləri tez bir zamanda mənimsəməlidirlər. Bu məqalimizdə hal-hazırda məşhur olan böyük SMM və reklam trendlərini təqdim edirik.

1. Canlı yayımlar


Adi videolar artıq bizim xəbər lentimizdə böyük bir yeri tutublar. Buna görə də günü-gündən adi məzmun yerinə sərfəli live-videolar daha sürətlə məşhurlaşır. Günümüzdə müxtəlif platformalar vasitəsilə auditoriya ilə real zamanda əlaqə qurmaq mümkündür. Bunlara misal olaraq Facebook Live, Periscope, SnapChatInstagram-ı gətirmək olar. Canlı yayımlar hər bir yazılı məzmundan daha effektivdir. Belə ki, onlar hər-hansısa brendi auditoriyaya daha yaxın edir. Bu cür formatın üstün cəhəti isə canlı yayımın mütləq şəkildə yüksək keyfiyyətli olmamasıdır. Böyük brendlər live-video formatından asanlıqla istifadə edə bilərlər. Belə ki, onların hədəf kütləsi artıq bəllidir və onların artıq yetəri qədər auditoriyası var. Lakin kiçik şirkətlər bu funksiyadan necə istifadə edə bilərlər? Kiçik şirkətlər live-videodan hansısa yeni çıxacaq məhsula insanların marağını artırmaq, onları şirkətin korporativ mədəniyyətləri ilə tanış etmək, müəyyən tədbirin təqdimatı və ya sual-cavab sessiyalarının keçirilməsi üçün istifadə edə bilərlər. İmkanlar sərhədsizdir. Əgər buna şübhə ilə yanaşırsınızsa qeyd etmək lazımdır ki, Facebook-un məlumatlarına əsasən live-videolara adi videolardan 10 dəfə daha çox komment yazırlır

2. Slayd-şou reklam

Slayd-şou funksiyasını demək olar ki, artıq bütün sosial şəbəkələr istifadə edir. Bunun isə səbəbi var. Belə ki, onları yaratmaq asandır. Bununla belə slaydları yaratmaq üçün həm fotolardan həmdə videolardan istifadə etmək olar. Həmçinin slaydları pullu reklam vasitəsilə irəlilətmək olar. Beləliklə slaydların baxış sayı yüksələcək. Slayd-şou, yeni kolleksiya geyimlər və yeni olacaq tədbirin reklamı üçün çox ideal bir seçimdir. Qeyd etmək lazımdır ki, slayd-şou reklam sözün əsl mənasında işləyir.

3. Sosial kanalların müxtəlifliyi

Son zamanlar marketoloqrın və reklam verənlərin əldən buraxmalı olmadıqları müxtəlif sosial kanallar ortaya çıxır. Məsələn Slack kimi sosial qruplar daha çox məşhurlaşır və real potensial müştərilər ilə əlaqə saxlamağa imkan verirlər. Medium, Inbound.orgReddit kimi servislər məzmunun yayılmasına köməklik edirlər. SnapChatInstagramvasitəsilə isə History-lərin sponsorlaşdırılması getdikcə inkişaf edir.

4. Instagram Stories

Bir neçə müddət bundan qabaq Instagram, Stories funksiyasını təqdim etmişdi. Bu funksiya sayəsində istifadəçilər izlədikləri digər istifadəçilərin son 24 saat ərzində nə ilə məşğul olduqlarını izləyə bilərlər. Bu funksiya tamamilə SnapChat-dan kopyalanmışdır. Hər-halda Instagram-a gəlmiş bu funksiya öz brendinin üstünlüklərini göstərmək üçün bir çox şirkətlərə yaxşı imkan verir. Məsələn Starbucks, Taco Bell, HubSpot, JCrew kimi brendlər artıq bu funksiyadan aktiv şəkildə istifadə edirlər. Yaxın zamanda Instagram Stories üçün biznes və reklam imkanlarının da əlavə olunması gözlənilir.

5. Sosial çat

Bilirdinizmi ki, 900 milyondan bir qədər çox insan Facebook Messenger-dən istifadə edir? WhatsApp isə dünyanın ən böyük çat tətbiqlərindən biri hesab olunur. 100 Fortune siyahısından olan 77 şirkət Slack-dan istifadə edir. Günümüzdə çatlar təkcə daxili kommunikasiya üçün deyil, həmdə potensial müştərilər ilə personal qarşılıqlı əlaqələr üçün də istifadə olunur. Marketoloqlar mütləq çat tətbiqlərini mənimsəməlidirlər. Beləliklə onlar sadəcə məzmunları sosial şəbəkələrdə paylaşaraq yaxşı nəticəni gözləmək əvəzinə real zaman çərçivəsində lazımi insanlarla əlaqə qura bilərlər. Gələcəkdə bu proses daha sadə şəkildə olacaq. Həmişə trenddə olun. Bu, sizin biznesinizin uğurlu olmasına köməklik edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×