Reklam
500$-a qədər ala biləcəyimiz ən yaxşı 5 Kamera. (Canon, Nikon, GoPro)

500$-a qədər ala biləcəyimiz ən yaxşı 5 Kamera. (Canon, Nikon, GoPro)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Professional şəkil və videolar çəkmək üçün ala biləcəyiniz, qiyməti çox baha olmayan lakin yaxşı keyfiyyət təqdim edən 5 kameranı təqdim edirik.

Sayəhətlərdə, tədbirlərdə və bu tipli digər aktivliklərdə maraqlı anlarınızı yadda qalan etmək üçün mobil telefonların kamerası kifayət etmirsə, köməyinizə təqdim edəcəyimiz 5 kamera çata bilər. 

Nikon D5200 - 24.1MP kameraya sahib olan bu modelin əsas üstün cəhəti 1080p keyfiyyətində 60 fps ilə video çəkmək qabiliyyətinə malik olmasıdır. Nikon Multi-CAM 4800DX autofokus sensor modulu vasitəsilə 39 fərqli nöqtəni eyni anda fokuslamaq qabiliyyətinə malikdir. 100-6400 ISO dəyərlərinə sahib olan bu kameranın ekranının fırlanması video çəkimləri zamanı sizə rahat çəkim imkanı yaradacaq. Stereo mikrofon jakı girişi, mini HDMI çıxışı və USB portları olan Nikon D5200 RAW və JPEG formatlarında şəkil çəkə bilir. One EN-EL14 dəyişilə bilən Li-ion Batareyadan güc alan bu kameranın qiyməti 380$-dır. From.ae vasitəsilə sifariş edilən zaman əlavə olaraq 18-55mm f/3.5-5.6G VRlens ilə birlikdə gələn Nikon, bu qiymətə görə bazardakı rəqiblərindən bir üst pillədə dayanır. Xüsusilə kamera ilə video çəkmək istəyən və ucuz büdcəli kamera axtaranlar üçün Nikon D5200 yaxşı seçim kimi görünür. Daha ətraflı məlumat üçün və sifariş üçün daxil olun.




Canon EOS 700D – 18.2 meqapiksel APS-C Hybrid sensorlu kameraya sahib olan Canon EOS 700D aşağı büdcəli Canon axtaranların ideal seçimi ola bilər. 3 düyümlük fırlana bilən LCD ekrana sahib olan modelin fərqli xüsusiyyətlərindən biri ekranın touch screen olmasıdır. 100-12800 İSO həssaslığına malik kameranın çəkim sürəti 1/4000 saniyədir. 30 fps ilə 1080p keyfiyyətində video çəkən 700D fps göstəricisi ilə rəqibi D5200-ə uduzur. Dəyişilən bilən Li-ion LP-E8 batareyasının yer aldığı kamera HDMI çıxışı və USB portunu da özündə birləşdirir. Yüksək çəkim sürəti, touch screen və fırlana bilən ekran, 1080p və keyfiyyətində video çəkmək xüsusiyyəti ilə fərqlənən bu kameranın 18-55mm lens ilə birlikdə satış qiyməti cəmi 459$-dır. Əgər Canon həvəskarısınızsa və touch screen ekrana malik bir kamera axtarırsınızsa Canon EOS 700D sizin üçün ideal seçim ola bilər. Daha ətraflı məlumat və sifariş üçün daxil olun.

GoPro HERO4 Black – Ekstremal anlarınızı yaddaşa yazmaq üçün ideal vasitə olan GoPro-nu 500 dollara qədər olan kameralar içərisində adını hallandırmasaq haqsızlıq olardı. 4K, 2K və 1080p video keyfiyyətində çəkim edən bu kamera Ultra Wide Angle Glass Lensə sahibdir. Wi-fi və Bluetooth bağlantılarının da mövcud olduğu GoPro Hero4, audio və səs sisteminin təkminləşdirilməsi ilə sələfindən fərqlənir. Maksimum 6400 İSO həssaslığı, JPEG formatda şəkil çəkmə, Rəqəmsal video formatı H.264, CMOS sensor tipi ilə ona verilən pulun haqqını tam ödəyən GoPro video, audio və microfon portlarına da sahidir. Lithium ion 1160 mAh batareyadan güc alan GoPro 4K keyfiyyətlə 1.08 saat çəkim edə bilir.From.ae vasitəsilə 450$-a əldə edə biləcəyiniz bu kamera səyahətlərdə və ekstremal anlarda sizin ən yaxın dostunuz ola bilər. Daha ətraflı məlumat və sifariş üçün daxil olun.


Nikon D3200 – ­24.1 meqapiksellik kameraya sahib olan D3200 modeli Nikon D5200 modelindən 80 dollar ucuz olmasına baxmayaraq heç də ondan geri qalmır. Lakin bu iki modelin ortaq xüsusiyyətləri ilə yanaşı onları fərqləndirən əlamətlər də mövcuddur. Nikon D5200 modeli 100-6400 İSO həssaslığına sahib olsa da 3200 modeli ISO həssaslığında 5200-ə uduzur. 1080p keyfiyyətində 30 fpslə video çəkə bilən bu kamera fps fərqinə görə də D5200 modelindən fərqlənir. İki model arasında olan ən böyük fərqliliklərdən biri də ekranlarıdır. D5200 modelinin ekranı fırlandığı halda D3200 modelində bu təəssüf ki, baş vermir. Şəkil keyfiyyətinə gəlincə isə D3200 modeli 81.0 D5200 modeli isə 84.0 dəyərlərini təqdim edir. 50 qram rəqibindən yüngül olan və 50 kadr daha çox çəkə biləcək batareya ömrünə sahib olan D3200 ucuz qiyməti ilə ön plana çıxır. D5200-ün sahib olduğu bütün portlara malik olan bu kameranın 18-55mm ilə birlikdə satış qiyməti 304$-dır. Daha ətraflı məlumat və sifariş üçün daxil olun.

Canon EOS 100D – 18 meqapiksellik APS-C kamera, 14-bit DIGIC 5 prosessordan güc alan EOS 100D 1080p keyfiyyətində video çəkə bilir. 3 inçlik touch screen ekrana sahib olan bu model 7OOD modelindən ekranın fırlana bilməməsinə görə fərqlənir. 100-12800 ISO həssaslığı və 400 qram çəkisi isə kompakt bir kamera hesab olunur. 9 fokus nöqtəsini eyni anda fokuslaya bilən və 0.5 saniyə çəkim sürətinə malik kamera 700D modeli ilə çox oxşardır. 18-55mm IS STM Lens ilə birlikdə 393$ qiymətə sahib olan bu modeli buradan dərhal sifariş edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×