5200 Manatlıq 24 Karatlıq qızıl korpuslu Huawei P10!

5200 Manatlıq 24 Karatlıq qızıl korpuslu Huawei P10!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Qızıl örtüklü telefonlar trendinə Huawei-in uğurlu telefonu P10 da qatıldı. 24 karat qızıl örtüklü və xüsusi işləməsi ilə 5.000 AZN dəyərində olan qızıl örtüklü P10 məhdud sayda təqdim olundu.

Yeni ağıllı telefonlar bazara çıxdıqca, köhnə telefonların qiymətini aşağı salmaq yerinə onların çıxdığı qiymətdən daha yüksək qiymətlərə satıldığına şahid oluruq. Əvvəllər keyfiyyətli bir telefonun qiyməti 900 AZN-dən çox olmazkən indiki vaxtda bu qiymətlər2.000 AZN-lərə qədər çıxmış vəziyyətdədir. Hər il ən çox bəyənilən bir neçə telefon üçün çıxarılan 24 karat qızıl örtüklü telefonlara bir yenisi daha əlavə olundu: Huawei P10.

Huawei-nin P10 modeli, 24 karat Dragon qızılla örtüldü. Məhdud sayda çıxacaq bu modellər hər il çox az təqdim olunur. Bir çox adamın qibtə etdiyi dizaynlar, pulu bol olan və bu pulu harada xərclədiklərini bilməyən istifadəçilər üçün möhtəşəm bir fürsətdir. Qızıl lövhə üzərində qırmızı almazlarla işlənmiş qızıl bir əjdahanın olduğu bir dizayn, bir çox zəngin istifadəçini cəzb edir.



Müştəri bir telefon sifariş verdiyində 24 karat qızıl, platin və ya qırmızı qızıl variantlarından birini seçə bilər. Bunlarla birlikdə, qiymətli daşlarla bəzənmiş xüsusi bir dəri daşıma örtüyünün da yanında gəldiyini söyləmək lazımdır. Xüsusi dizayn Huawei P10-un seçilən variantlarına bağlı olaraq 2.900 - 3.030 dollar arasında qiymət aralığı təqdim etdiyini bildirmək lazımdır.

Huawei P10-un xüsusiyyətlərinə qısaca baxmamız lazım olsa,1920 x 1080 piksel 432 PPI, 5.1 inç LCD ekrana sahib bir telefon olaraq diqqət çəkir. 8 nüvəli 2.4 GHz sürətində işləyən HiSilicon Kirin 960 prosessor vəMali-G71 MP8 qrafik prosessordan güc alan P10, 4GB RAM və 32GB / 64GB daxili yaddaş sahəsi təqdim edir. Əgər çox varlısınızsa və pulunuzu bahalı şeylərə xərcləmək istəyirsinizsə, bu cihaz tam sizlikdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×