main-post-cover

    5.5 inç Super Amoled ekran, 3 GB RAM və qiymət sadəcə 90$

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çinli firma UMi-nin yeni telefonu diqqətləri üzərinə çəkir.
    Şirkət UMi Rome adlı brendi satışa çıxarır. Model xüsusilə Galaxy Note 5-ə bənzəməklə diqqətləri üzərinə çəkir. 7.9 mm qalınlığa və metal gövdəyə sahib olan UMi Rome 5.5 inç  böyüklüyündə Super Amoled ekrandan istifadə edir. 3 GB rama sahib olan bu modelin daxilində 8 nüvəli 64 bit sürətli MediaTek prosessor var. Qrafik oynadıcı olaraq isə çinli mütəxəssislər ARM Mali T-720-dən istifadə ediblər. Daxili yaddaş isə 16 gb-dır. Android 5.1 əməliyyat sistemi ilə işləyən telefonun batareyası 2500 mAh-dir. Son olaraq qiymətə nəzər salsaq bu cür parametrlərə sahib olmasına baxmayaraq telefon sadəcə və sadəcə 90$-dır.
    Linki kopyala