main-post-cover

    6 ay kosmkosda yaşamaq, insan bədəninə necə təsir edər?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İngiltərənin ilk rəsmi astronomi olan Tim Peake 6 ay müddətində kosmosda qalacaq. 6 ayın uzun müddət olması elm adamları tərəfindən müzakirələrə səbəb olub. 6 ay kosmosda yaşamaq insan bədəninə necə təsir edər?

    Tim Peake, İngiltərənin ən önəmli kosmik mütəxəssislərindən biridir. Beynəlxalq Kosmos Stansiyasına çatan və İngiltərənin ilk rəsmi kosmonavtı olan bu adam, 6 ay müddətində dünyadan kənarda yaşayıb müxtəlif araşdırmalar edəcək. Peake-in uzun müddət kosmosda qalması onun bədənində müxtəlif növ dəyişikliklərə səbəb olacaq. İngiltərə Kosmos Dairəsindən Libby Jackson belə qeyd edir: "6 ay sürətlə keçər amma fiziki olaraq Tim-de dəyişikliklər olacaq. Sümükləri və əzələləri zəifləyəcək. Bunların qarşısın almaq üçün gün ərzində minumum 2 saat məşq etməlidir. Yerə qayıdanda isə 6 ay yerin cazibə qüvvəsindən uzaq qalan bədəni 1 il müddətində yerli planetin xüsusiyyətlərinə öyrəşməli olacaq."
    Fiziki təsirləri bir yana kosmosa gedən adamlarda mənəvi və psixoloji problemlər də sıx görünür. Jackson bunu belə qeyd edir: "İnsanı həqiqətən dəyişdirən bir məqam var, kosmosa çıxdığınız anda siz dünyadan uzaqlaşırsız və yer-i uzaqdan seyr edirsiniz, quşbaxışı ilə planeti nəzərdən keçirmək hər kəsə nəsib olmur. Bu nə şəkildir nə videodur. Raal olaraq dünyadan getdiniz və Planeti kosmosdan izləyirsiniz. Bu tip təsirlərin Tim-də necə hisslər oyadacağını isə yalnız o dünyaya gələndə bilmək olacaq."
    Bir başqa astronom Micheal Lopez-Alegria isə belə qeyd edir: "Bütün insanlıqdan uzaqlaşmış bir məkanda olmaq insanı valeh edir, dünya sənin gözünün qabağındadır. Bütün meşələr, atmosfer, çirkli sular hər şey... Bütün bunlar insanı bir daha düşünməyə vadar edir. İnsan necə bir varlıqdır? Bu insanlıq necə yaranıb?"


    Linki kopyala