main-post-cover

    6 ən yaxşı Facebook app!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook artıq hər kəsin istifadə etdiyi bir sosial şəbəkədir. Bu gün bu sosial şəbəkədən istifadə etməyən çox az sayda insan qalıb. Mobil və veb olmaqla Facebook'un 1 milyarddan çox istifadəçisi var. Öz istifadəçilərini düşünən Facebook məhz bu səbəbdən saytın proqram versiyasını da istifadəyə verib. Təbii ki, bunun yanında da Messenger proqramı olmasa olmaz. Gözəl. Bəs bu bizi qane edirmi? Facebook'dan milyardlarla insan istifadə etsə də, onun tətbiqetməsi bütün cihazlar üçün uyumlu deyil. Yüksək parametrli telefonlarda belə RAM'ı həddən artıq işlədən Facebook tətbiqetməsi zəif parametrli telefonlarda demək olar ki, normal işləmir. RAM daim dolduğundan proqramın işləməsi ağırlaşır. Üstəlik Messenger kimi tətbiqetmənin də məcbur istifadəsi RAM'ı tamamilə doldurur. Bu da cihazda donmalara səbəb olur. Facebook developerləri tətbiqetməni optimallaşdıra bilmir. Bu da bir çox istifadəçini məmnun etmir və onlar alternativ vasitələrə əl atırlar. Bu yazımızda sizə Facebook rəsmi tətbiqetməsinin əvəzinə ürəyinizcə olacaq və ən əsası, telefonu dondurmayacaq 6 Facebook alternativ tətbiqetmələri haqqında məlumat verəcəyik. Proqramların endirmə linklərini də məqaləmizdə görə bilərsiniz.
     
    FAST FACEBOOK APP
    Fast Facebook App 8 milyondan çox istifadəçiyə maildir. Proqramın interfeysi, dizaynı çox sadədir. Bununla da istifadəçini yormur. Proqram vasitəsilə həmçinin mesajlara da nəzarət edə bilərsiniz. Beləliklə, Messenger proqramından da canınızı qurtara bilərsiniz. Proqramı buradan  yükləyə bilərsiniz.
    MİNİ FOR FACEBOOK
    Proqram sanki bir bruzeri xatırladır. Proqram daha çox zəif parametrli cihazlar üçün nəzərdə tutulub. Çünki rəsmi tətbiqetmə bu cihazlarda normal işləmir. Proqramın interfeysi çox sadədir. İstifadə edərkən sanki adi brauzerdə olduğunuzu görəcəksiniz. Həcmi böyük deyil. RAM istifadəsi baxımından isə çox idealdır. Bir sıra funksiyaları ilə də rəsmi tətbiqetmədən geri qalmır. Ən ideal seçimlərdən biridir. Bu proqramda da mesajlara sadə şəkildə nəzarət edə bilərsiniz. Beləliklə, Messenger proqramından da canınız qurtulmuş olur. Proqramı buradan  yükləyə bilərsiniz.
    METAL FOR FACEBOOK
    Bu proqram da digərləri kimi sadə interfeysə sahibdir. Amma digərlərindən fərqli olaraq daha funksionaldır. Bu proqram sayəsində siz bildirimlərə nəzarət edə bilərsiniz. Facebook rəsmi tətbiqetməsində olduğu kimi mesaj, dostluq təklifi, işarələnmə və s. kimi bildirişlər telefona bildirim olaraq gəlir. Beləliklə siz xəbərlərdən və mesajlardan anında xəbərdar olursunuz. Proqramda həmçinin Twitter hesabınızı da əlavə edib istifadə edə bilərsiniz. Beləliklə, iki ayrı hesab üçün müxtəlif proqramlar istifadə etməkdən canınız qurtulur. Proqramı buradan  yükləyə bilərsiniz.
    ALİAS FACEBOOK HOME LAUNCHER
    Bu proqram bir çox istifadəçilər tərəfindən çox sevilir. Çünki bu proqram bir növ launcher kimi fəaliyyət göstərir. Cihazınıza qurduqdan sonra bir növ Facebook xəbər lenti, mesajlar və bildirimlər launcherdə fəaliyyət göstərir. Daim yeniliklərdən xəbəriniz olur. Bütün məlumatlar telefonun ana ekranında görünür. Bunu sadəcə yükləyib yaşamaq lazımdır. Proqramı buradan  yükləyə bilərsiniz.
    TİNFOİL FACEBOOK APP
     
    Bu proqram daha çox Facebook rəsmi tətbiqetməsinin əvvəlki köhnə versiyalarına bənzəyir. Əgər siz Facebook tətbiqetməsinə oxşar proqram istəyirsinizsə, onda bu proqram tam sizə görədir. RAM istifadəsi normaldır, funksionaldır və bütün yeniliklərdən anında xəbərdar olar bilirsiniz. Proqramı buradan  yükləyə bilərsiniz.
    FACEBOOK LİTE
    Facebook şirkətinin rəsmi proqramıdır. Bu proqram zəif cihazlar üçün nəzərdə tutulub. Proqramın interfeysi çox sadədir. 2G şəbəkəsində belə yaxşı işləyir. Çox funksional olmasa da, proqramın üstünlüyü ondan ibarətdir ki, proqramda söhbətdən, qrup söhbətlərindən və mesajlardan rahat istifadə edə bilərsiniz. Proqram sizdən Messenger proqramını yükləmənizi tələb etməyəcək. Proqramı buradan  yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər