6 yaşlı uşaq Touch ID-dən istifadə edərək Amazondan sifariş verdi

08.05.2017 0 PAYLAŞIM 5266 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Ağıllı telefonlar nə qədər belə adlandırılsa da unutmaq lazım deyil ki, belə cihazlar da insan əməyinin məhsuludur. Bir çoxlarımız telefonda şəxsi məlumatlarımızı saxladığımız üçün ona kod qoyuruq. Amma son gələn məlumatlar belə istifadənin də o qədər etibarlı olmadığını sübuta yetirir.

Amerikada ana 6 yaşlı qızına Yeni ildə Pokemon oyuncaqları almayacağını bildirib. Uşaq isə anasının telefonu ilə Amazondan istədiyi hədiyyələri sifariş edib və anası yuxuya getdikdən sonra onun barmağını Touch ID-yə qoyaraq alış-verişi təstiqləyib. Uşaq Amazondan 13 hədiyyə birdən sifariş verib.

Ana ilk əvvəl telefonunun hackerlər tərəfindən hack olunduğunu düşünsə də qızı onu sakitləşdirərək özünün sifariş etdiyini və hədiyyələr gələnədək gözləmək lazım olduğunu bildirib. Anası isə uşağı cəzalandırmaq üçün Şaxta babanın ondan küsdüyünü və bir daha heç vaxt onun ziyarətinə gəlməyəcəyini deyib.


Amazon vəziyyəti nəzərə alaraq 13 oyuncaqdan 4-nü qaytarmağa icazə verib. Statistikalar son 2.5 ildə belə təsadüfi alış-verişlərin milyon dollara qədər yüksəldiyini göstərir. Bir çox hallarda uşaqların belə alış-veriş etməsi məqsədli deyil, təsadüfi xarakter daşıyır. Bir çox hallarda uşaq hesaba daxil olaraq qarşısına çıxan hər şeyi qeyd edərək alış-verişi həyata keçirir. Bu isə öz növbəsində hesabdan silinir.

Belə hallarda yeganə çıxış yolu Touch ID əvəzinə göz skanerindən istifadə etməkdir. Amma hələ ki, valideynlərə belə məsələlərdə sadəcə səbrli olmağı tövsiyyə etmək olar. Çünki uşaqlar böyüklərlə müqayisədə daha tez texnoloji vasitələri mənimsəyə bilirlər.