main-post-cover

    68 milyon Dropbox hesabı hack edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dropbox 2012-ci ildə təhlükəsizliyində olan boşluğa görə 68 milyon istifadəçiyə müraciət edərək şifrələrini dəyişdirməli olduqları haqda xəbərdarlıq edib.

    Bulud yaddaş xidməti olan Dropbox, 2012-ci ildə istifadəçilərinin hesablarının hack edilməsi haqda məlumat vermişdi.
    2014-cü ildə yenidən eyni hadisə təkrarlanmış və bu dəfə 7 milyon istifadəçinin hesabı hack edilmişdi. 2016-cı ildə Dropbox bununla əlaqədar açıqlama verib və hücumların həcmini açıqlayıb. Dropbox-un məlumatına görə ana kart, e-mail adresləri, hesab şifrələri də daxil olmaqla 68.680.741 istifadəçinin məlumatı tapılıb. Apple Insider-in məlumatına görə adının açıqlanmasını istəməyən Dropbox işçisi verilən məlumatın doğruluğunu təstiqləyib. Dropbox keçən həftə sayısı bilinməyən istifadəçisinə şifrələrini dəyişdirmələri haqda məlumat göndərmişdi. Bu bildirişlərin tamamilə təhlükəsizlik məqsədilə edildiyini vurğulayan Dropbox, daha ətraflı məlumat almaq istəyən istifadəçilərin rəsmi səhifəyə baxmalarını tövsiyə edib. Dropbox-un təhlükəsizlik üzrə direktoru Patrik Heim (Patrick Heim) xüsusi şifrələmə proqramına start verdiklərini bildirir. Bundan əlavə şifrələrini dəyişməyən istifadəşilər öz hesablarına daxil ola bilməyəcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər