main-post-cover

    68 yaşlı kişi Apple\'ı məhkəməyə verdi, təzminat aldı.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple-ın təmir mərkəzlərində Genius Bar deyilən bir bölmə mövcuddur. Bu bölmədə Apple-ın xüsusi status verdiyi ekspert təmirçilər çalışır. Lakin burada işləyən işçilərdən birinə ekspert demək olmaz. Belə ki, bu işçi elədiyi sadə bir xəta üzündən şirkətinin təzminat ödəməsinə səbəb olub. Telefonunda problem yaşayan 68 yaşlı Deric White Londondakı Apple-ın servis mərkəzinə yaxınlaşır. Telefonu bir Genius Bar mütəxəssisinə verən bu adam cihazını almaq üçün təkrar gəldiyində kiçik bir şok yaşayır. Telefonda olan bütün məlumatların silinməsi yaşlı adama heç də xoş gəlmir. Bu haqda ona heç bir məlumat verməyən Apple "mütəxəssisi" telefonda yaranan problemi həll etmək üçün sadə metoddan istifadə edərək cihazı formatlayıb. Bununla bağlı Apple rəsmi internet səhifəsində mühüm bir bəyannamə əks olunur. Bu bəyannamdə xüsusilə qeyd olunur ki, əgər telefon format ediləcəksə mütləq sahibinə xəbər verilməlidir. Deric isə bu məsələyə məhkəmədə aydınlıq gətirmək qərarına gəlib və nəticə olaraq məhkəməni udan yaşlı Apple şirkətindən 1200 pound və əlavə 800 euro məsrəf xərcin alıb.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər