main-post-cover

    6GB RAM`a sahib ASUS Zenfone 3 Deluxe: Qarşılayın!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ASUS, bugün Computex 2016 tədbirində üç yeni ağıllı telefonunu təqdim etdi. ASUS Zenfone 3, Zenfone 3 Deluxe və Zenfone 3 Ultra ağıllı telefon modelləri ilə bazara iddialı giriş etmək niyyətindədir.


    5.7 düym ekranı ilə phablet kateqoriyasında daxil olan cihaz, AMOLED ekrandan istifadə edir. Bu ekran Full HD keyfiyyətə malikdir və özündə "Always On" funksiyasını da gətirir. Dizayn olaraq keçən ilki telefonlara görə daha eleqant olan telefon metal gövdəsi və çərçivəsiz ekranı ilə diqqət çəkir. Telefonun arxasında səs artırmaazaltma düymələri, ekranın altında isə hərəkət düymələri yer alıb. Telefonun texniki göstəriciləri isə belədir:

    • Ölçüləri: 156.4 x 77.4 x 7.5 mm 170 gram
    • Ekran: 5.7 düym (1080 x 1920) Corning Gorilla Glass 4
    • Əməliyyat Sistemi: Android 6.0.1 Marshmallow
    • Prosessor: 2.15 GHz sürətlə işləyən Snapdragon 820
    • Qrafik prosessor: Adreno 530
    • Ram: 6GB LPDDR4
    • Kamera: 23 MP f/2.0 diafraqmalı arxa kamera, 8 MP ön kamera
    • Batareya: 3.000 mAh
    • Daxili yaddaş: 64/128/256 GB (microSD dəstəyi var.)
    • Digər detalları: Cat.6, 802.11 a, b, g, n, ac, Bluetooth 4.2, NFC, USB Type - C

    Zenfone 3 Deluxe, qızılı, gümüş və boz olmaqla 3 rəngdə tədqim olunur.
     
    Tarixin ilk 6GB RAM'lı telefonu
    Zenfone 3 Deluxe gücünü Snapdragon 820Adreno 530 qrafik prosessorun birləşməsindən alır. Cihaza 6 GB RAM quraşdırılıb ki, bu da bazarda ən böyük həcmli performansa sahib ilk telefon deməkdir. Kamera cəhətdən də hər şeyi düşünən Asus, cihazda Sony istehsalı olan 23 MP kameradan istifadə edib. Sony modulunun istifadə olunduğu həmin kamera EIS və HDR dəstəyinə sahibdir.
     
    Texniki göstəricilərində daha bir sürpriz isə onun yaddaşı ilə bağlıdır. Belə ki, ənənəvi yaddaş həcmlərinin əksinə, cihazda 128 və 256 GB yaddaş quraşdırılıb. 3000 mAh həcmli batareyaya sahib olan ASUS Zenfone 3 Deluxe, Quick Charge 3.0 texnologiyasını da dəstəkləyir.

    Cihazın dəyərinə gəldikdə isə, ASUS Zenfone 3 Deluxe, 64 GB modelin qiyməti 499 dollar olaraq açıqlandı. 128 GB'lıq modelin qiyməti isə hələlik məlum deyil.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər