main-post-cover

    72 saatlıq WhatsApp qadağası gəldi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Yadınızdadırsa keçən ilin dekabr ayında Braziliya'da WhatsApp 48 saatlıq qadağan olunmuşdu. Qadağa səbəbi kimi, narkotika satışı ilə bağlı şüphəli şəxslərin yazışmalarının Braziliya məhkəməsinin WhatsApp'dan tələb etməsi idi. Şəxsi məlumatların gizliliyinin qorunmasına üstünlük verən WhatsApp bu məlumatları paylaşmadı. 12 saat sonra başqa bir hakimin qərarı ilə Braziliyada yenidən WhatsApp'ın fəaliyyəti bərpa edildi.

    Bir neçə saat əvvəl yayılan yeni xəbərə görə WhatsApp Braziliyada yenidən 72 saatlıq qadağan edilib. Qadağa səbəbi kimi yenə də narkotika satışı üzrə cinayətlərin üzə çıxarılması və WhatsApp yazışmalarının facebook'dan tələb olunmasıdır. Lakin görünən odur ki, WhatsApp bu yazışmaları vermək fikirində deyil. End-to-End kodlama sistemi ilə yenilənən WhatsApp'da artıq yazışmaları WhatsApp'ın özü belə oxuya bilmir. Mark isə bunun qarşılığında Braziliya əhalisinə səslənərək birlikdə olmağı, demokratik qaydalara əməl olunması istəyib. Baxaq görək, Braziliya höküməti bunun qarşılığında hansı addımı atacaq. Onu da qeyd etmək yerinə düşərdi ki, WhatsApp qadağan olunan saatlar ərzində Telegram'ın yüklənmə sayında partlayış baş verir.
    Bir neçə saat əvvəl yayılan yeni xəbərə görə WhatsApp Braziliyada yenidən 72 saatlıq qadağan edilib. Qadağa səbəbi kimi yenə də narkotika satışı üzrə cinayətlərin üzə çıxarılması və WhatsApp yazışmalarının facebookdan tələb olunmasıdır. Lakin görünən odur ki, WhatsApp bu yazışmaları vermək fikirində deyil. End-to-end kodlama sistemi ilə yenilənən WhatsApp'da artıq yazışmaları WhatsApp'ın özü belə oxuya bilmir. Mark isə bunun qarşılığında Braziliya əhalisinə səslənərək birlikdə olmağı, demokratik qaydalara əməl olunması istəyib. Baxaq görək, Braziliya höküməti bunun qarşılığında hansı addımı atacaq. Onu da qeyd etmək yerinə düşərdi ki, WhatsApp qadağan olunan saatlar ərzində Telegram'ın yüklənmə sayında partlayış baş verir.
    Linki kopyala