

Kyocera şirkəti yeni büdcəli smartfonu təqdim edib. Hydro Shore adlanan model IP57 müdafiə səviyyəsinə sahibdir. Yəni smartfonu suyun 1 metr dərinliyində 30 dəqiqə müddətində saxlamaq mümkündür. Bundan əlavə olaraq smartfon nəm halda olduqda belə istifadəçi zənglərə cavab verə, mesajlar göndərə və tətbiqlərdən istifadə edə bilər. Texniki göstəricilərə gəldikdə isə Hydro Shore 5 inç qHD ekran, 1.1 GHz tezlikli Snapdragon 210 prosessoru, 1 GB RAM, 8 GB daxili yaddaş və 2160 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Smartfon 5 MP-lik arxa və 2 MP-lik ön kameraya sahibdir. Qeyd etmək lazımdır ki, Hydro Shore Android 5.1 Lollipop əməliyyat sistemi üzərində çalışır. Hydro Shore $80 qiymətində dəyərləndirilir və onu Walmart mağazalar şəbəkəsindən almaq mümkündür.
Şərh yoxdur