840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt!

840 at güclü Dodge SRT Demon haqqında 5 maraqlı fakt!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
Dodge yenə absurd gücdə avtomobillər hazırlamağa davam edir. 707 at güclü Challenger Hellcat\'dən sonra şirkət Dodge Demon\'la bazara çıxmağa hazırlaşır. Amerikanların yeni fəxri, New-York avto şousunun bu ilki ulduzu ilə bağlı 5 maraqlı xüsusiyyəti sizinlə bölüşürük.
 

1. Kapotun altında 840 at güclü mühərrik yatır! 


 
Dodge Demon\'un ən böyük silahı sözsüz ki, mühərrikidir. Eyni kompressorlu (supercharger) 6.2 litr həcmli mühərriki Dodge\'un Hellcat qardaşları istifadə etsə də Demon\'da vəziyyət bir qədər fərqlidir. Çünki bu dəfə avtomobilin 8 silindirli motoru 707 yox, tam olaraq 840 at gücü hasil edir.


2. 0-100 sürətlənmə: 2.3 saniyə


 
Dodge deyirki, Demon\'un 0-100 sürətlənməsi 2.3 saniyə çəkəcək. Dəhşətli göstəricidir! 1.5 milyonluq Bugatti Chiron\'da belə bu göstərici 2.5 saniyədir. Maşının necə deyirlər "yerinnən" belə tez götürülməsinin əsas səbəblərindən biri daimi istehsalda olan avtomobillərdə ilk dəfə istifadə olunan əyləcli transmissiya və geniş arxa təkərlərdir.  


3. Drag yarışlarını 9.65 saniyəyə tamamlayır

0-dan 100-ə 2.3 saniyəyə çatan maşının belə bir göstərici əldə etməsi çox da təəccüblü deyil əslində, amma yarım milyonluq superkarlarının dragları 10+ göstəricilərlə tamamladığını nəzərə alanda, təəccüblənməmək olmur. Amma avtomobil drag xəttini keçəndə sürəti 225 kms\'ı ötdüyü üçün avtomobil ABŞ-daki bütün drag pistlərindən çıxışından qabaq uzaqlaşdırılıb. Səbəb? Çox sürətli olması.


4. Almaq fikriniz varsa, tələsin!


Avtomobilin qiyməti 100.000 dollardan aşağı olacaq amma bir problem var. Dodge cəmi 3.300 ədəd Demon istehsal edəcək. 3.000 ABŞ üçün, 300-də Avropadaki Amerikanlara. Amma əgər 100 min yox 65 min dollar pulunuz varsa onda yenədə 707 at gücünə qane olub, özünüzə bir dənə Hellcat ala bilərsiniz. 
 
(65.000 dollar eliyir 110 min manat, "rastamoşka" filan... Deyillər təzə sonata yaman yaxşıdı. Hə? Panorama bəlkə?)
 


5. Avtomobilin cəmi 1 oturacağı var.


 
Yox, yox bu maşın üzünnən də göründüyü kimi eqoist deyil amma sağ tərəfdəki sərnişin bardaş qurub otura bilməyəcəyinə görə əlavə də bir dənə oturacaq pis olmaz. Ona görə də ikinci bir oturacaq istəyənlər cəmi 1 dollara Dodge\'dan Demon üçün əlavə oturacaq sifariş verə bilərlər.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×