900.000 alman istifadəçi internetsiz qaldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Almaniyada 900.000 istifadəçi internetsiz qalıb.
Belə ki, uğursuz hacker hücumu nəticəsində
Almaniyanın "Deutsche Telekom” şirkətinin 2 milyon istifadəçisindən 900.000-i zərər
çəkib. Şirkətin verdiyi məlumata əsasən hackerlər istehlak routerlərini ələ
keçirmək istəyiblər. Bunun nəticəsində yüz minlərlə insan internetsiz qalıb. "Technote.az"ın "Gazeta.ru"a istinadən verdiyi xəbərə əsasən internetdə nasazlıqlar 27-28 Noyabr tarixlərində qeydə alınıb. Güman olunur ki,
hackerlər daha böyük hücum üçün cihazları ələ keçirməyə çalışıblar. Şirkət
bildirib ki, hackerlər routerləri zərərli tətbiqlərlə yoluxdurmaq istəyiblər.
Lakin onların bu istəkləri alınmayıb. "Deutsche Telekom”, internetdəki problemi
aradan qaldırmaq üçün artıq yenilənmiş proqram təminatını təqdim etməyə
hazırlaşır. Şirkət həmçinin routerlərin zərərli tətbiqlərdən təmizlənməsi üçün
onları söndürüb yenidən işə salmalarını istifadəçilərə tövsiyyə edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ