main-post-cover

    97 yaşlı qadına Google-dan böyük jest!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    97 yaşlı Olive Horrell-in uşaqlıqdan bir arzusu var idi - Mühəndis olmaq. Atası mühəndis olmasına baxmayaraq öz qızını qətiyyən bu sahəyə yaxın buraxmırdı. Səbəb kimi bir mühəndis qadına heç yerdə iş yoxdur qeyd edirdi. Lakin Olive heç vaxt bu həvəsindən üz döndərmirdi. Bir gün mühəndis olmaq arzusu ilə 77 il gözlədi. Hətta bir dəfə komputer təmiri şirkəti ilə əlaqə yaradıb hər hansı bir komputeri yaxşı təmir etməyi bacarmışdı. Olive-nin əb böyük arzularından biri günümüzün ən böyük şirkətlərindən biri olan Google-u ziyarət edib oradakı atmosferlə tanış olmaq idi. Üzv olduğu  Brookdale sosial qurumu köməyə ehtiyacı olanların bir arzusun reallaşdırırdı. Bu fürsətdən istifadə edən qəhrəmanımız Google-u ziyarət etməsini istədi. Nəticədə 97 yaşı olmasına baxmayaraq nəhayəttində arzusu reallaşdı. Google-un kampusunda gəzmə fürsəti əldə edən Olive, həmin şirkətin hazırladığı sürücüsüz avtomobillərdən də istifadə etdi.
    Bundan əlavə o,Translate, Photo, Liftwareve Cardboard komandalarının demo işlərində iştirak etdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər