ABŞ-a getmək istəyənlərdən sosial media hesabları tələb olunur

08.05.2017 0 PAYLAŞIM 6056 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Amerikada yaşamaq və ya oraya səyahət etmək bir çoxlarımızın arzusudur. Bunun üçün bir çox xarici ölkələr kimi Amerika da viza tələb edir. Amma viza müraciətinə yeni əlavə olunmuş sual bir çox insanı narahat edib.

ABŞ-a viza üçün müraciət edən turistlərdən sosial media hesabları tələb olunub. Bu isə bir çoxlarının diqqətini cəlb edib. Bu yeniliyin nə məqsəd daşıdığı isə açıqlanmır.

Bundan sonra Amerikaya getmək istəyənlər sosial media hesablarına diqqətlə yanaşmalıdırlar. Amerikada yeni tətbiq olunmağa başlayan bu sorğu sosial mediadan daha ehtiyatlı istifadə etmək fikrini ortaya çıxarır.

 

İstifadəçi online sistemdən müraciət edərkən açılan dropdown menyuda sosial media hesabları haqda sualla qarşılaşır. Bu suala cavab verməmək şansınız var. Amma əgər sizin müraciətinizin yoxlanması zamanı əks hal müşahidə olunarsa, onda bu sizə problem yaradacaq. Yəni siz sosial mediada hesaba sahibsinizsə və bunu viza müraciəti zamanı bildirməmisinizsə, onda viza almaq şansınız aşağı düşəcək.

Əslində bu bir qədər düzgün hesab olunmasa da baş verən terror aktları belə addımların atılmasına şərait yaratmış ola bilər.