Plutonium-238 əsasında hal-hazırda Mars-da fəaliyyət göstərən Cusiosity robotu, Koyper qurşağına uçan New Horizons kosmik stansiyası və 38 il bundan qabaq uçuşuna start verilmiş Voyager kosmik aparatı çalışır. Bu yanacaq çox az miqdarda olduğu kimi bir o qədərdə tələb olunandır. Keçən il məlum oldu ki, ABŞ-da plutonium-238 ehtiyyatları NASA-nın yalnız 3 missiyasının batareyalarına çatacaq miqdardadır. Sözügedən yanacağın olmaması isə uzaq yerlərə səyahəti planlaşdırılan kosmik stansiya və aparatların enerjisiz qalması ilə nəticələnə bilər. Energetika nazirliyi NASA ilə əməkdaşlıq edərək son 27 il ərzində ilk dəfə yenidən plutonium-238 istehsal etdiklərini bildirib. Hələki 50 qr maddə istehsal olunub. Kiçik bir göstərici olsada bu hələki başlanğıcdır. Belə ki, "Mars 2020" nəqliyyatının çalışması üçün 4 kq-a yaxın plutonium-238 lazımdır. Plutonium-238 nüvə silahlarının yaradılmasında və nüvə elektrostansiyalarında istifadə olunan plutoniumdan fərqlənir. O da adi plutonium kimi radioaktiv maddədir. Parçalanaraq uran-234-ə çevrilən plutonium-238 yüksək dərəcədə istilik ayırır. Həmin bu istiliyi NASA-nın radioizotoplu termoelektrik generatorları üçün elektrik enerjisinə çevirmək olar. Plutonium-238 nüvə silahlarının istehsalı zamanı alınan yan məhsul kimi hesab olunurdu. Lakin nüvə silahlarının kütləvi şəkildə istehsalı dayandırılandan sonra ilk öncə ABŞ-da daha sonra isə Rusiyada plutonium-238 ehtiyyatları tükəndi. Hal-hazırda ABŞ-da 35 kq plutonium-238 qalıb. Energetika nazirliyi ilə NASA-nın planlarında hər il 1.37 kq plutonium-238 istehsal etmək durur.
Şərh yoxdur