main-post-cover

    ABŞ-ın yeni prezidenti Donald Trump-ın müddətində "Apple"ı hansı gələcək gözləyir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    ABŞ-da prezident seçkiləri sona çatdı və artıq yeni prezident müəyyən oldu. Hamının da gözlədiyi kimi ABŞ-ın yeni prezidenti Donald Trump seçildi. Lakin maraqlı olan məsələ ondadır ki, prezident kürsüsündə Donald Trump əyləşəndən sonra "Apple” şirkətini nələr gözləyir? Belə ki, seçkiqabağı yarışda şirkətin adı Trump ilə birlikdə ən ön sıralarda hallanırdı. Məsələ burasındadır ki, Trump sözügedən şirkət ilə bir neçə səbəbə görə ortaq dil tapa bilmir. Bu ilin əvvəlində Trump və Tim Cook  bir-birinə qarşılıqlı "zərbələr” vururdular. İlk zərbəni Trump ilin əvvəlində vurmuşdu. O, şirkətin ABŞ-dan kənarda smartfon istehsal etmək istəyini sərt şəkildə tənqid etmişdi. Bundan əlavə olaraq Trump, Fevral ayında cinayətkara məxsus iPhone-u aktivləşdirməkdən imtina etdiyinə görə insanları şirkəti boykot etməyə səsləyirdi. Mart ayında isə yeni prezident, H-1B viza növünü tənqid etmişdir. Bu viza növü ilə şirkətlər ABŞ-dan kənarda yaşayan və müəyyən bacarıqları olan şəxsləri işlə təmin edirlər. Baxmayaraq ki, H-1B tamamilə qanunidir, o çoxda məşhur deyil.
    "Apple” öz cavabını İyun ayında verdi. Belə ki, şirkət Trump-ın fikirlərini əsas gətirərək Respublika partiyasının qurultayını dəstəkləmədi. Yay fəslində Tim Cook-un cavab atəşi daha sərt oldu. "Apple”ın CEO-su respublikaçı Paul Ryan-ın təmsilçilər palatasının spikeri və Demokratik partiyadan prezidentliyə namizəd Hillary Clinton üçün vəsait toplama məqsədli bir neçə tədbir təşkil edərək Trump-ı açıq-aşkar təhqir etmişdi. Bu ilin 18 Yanvar tarixində Virciniya ştatında yerləşən Liberti Universitetində çıxışı zamanı Trump şirkət barəsində bunları söyləmişdir.”Biz "Apple”ı lənətə gəlmiş kompüter və digər cihazlarını digər ölkələrdə deyil məhz burda istehsal etməyə məcbur edəcəyik” – deyə Trump bildirmişdir. Bunun şirkət üçün böyük problemə çevriləcəyini anlamaq istəyiriksə istehsalda olan maaşlara nəzər salmaq kifayətdir. Çində zavod işçisinin illik orta gəliri 8281$-dır. 40 saatlıq iş həftəsi faktoru ilə müqayisədə ABŞ-da həmin vəzifədə çalışan işçinin illik gəliri 42000$-dır.
    Nəzərə alsaq ki, keçən il "Apple” 230 milyon cihaz satıb və Texas ştatında bağlanmış Motorola zavodunun 2000 işçisi ildə 5 milyon smartfon istehsal edirdisə, məntiqi cəhətdən güman etmək olar ki, "Apple” cihazlarının istehsalı ilə 100.000-ə yaxın çinli məşğuldur. Bu göstəricidən istifadə etsək, "Apple”ın, istehsalatı ABŞ-a keçirtmək üçün edəcək xərcləri külli miqdarda olacaq. Əgər Trump ofşor istehsalata qadağa qoysa və ya Çində istehsal olunmuş cihazlardan əlavə vergi tələb etsə bu şirkət üçün böyük problemə çevrilə bilər. Hələ 2011-ci ildə Barack Obama ilə söhbətində Steve Jobs bunları demişdir. "İş yerləri ABŞ-a geri qayıtmayacaq. Belə ki, Çində hal-hazırda dünyanın ən qabaqcıl istehsalat infrastrukturu var” – deyə Steve Jobs bildirmişdir. Fevralda şirkətin, cinayətkara məxsus iPhone cihazını aktiv etməsindıən imtina qərarını Trump ilə birlikdə bir çox ABŞ vətəndaşları da vətənpərvər bir hərəkət hesab etmədilər.
    Bir çoxları düşünürlər ki, Trump-ın prezident seçilməyi "Apple” üçün uğurlu olacaq. Belə ki, o, istehsalatın ABŞ-a qayıtması üçün korporativ vergiləri aşağı salınması uğrunda çalışır. Daha kiçik İrlandiya korporativ vergilərindən hər dəfə udmağa çalışan və İrlandiyada 200 milyard dollar nəğd pul vəsaiti saxlayan "Apple”, bu vergi üsulundan istifadə edən dünyanın ən böyük şirkətlərindən biridir. Bununla belə Trump və "Apple” arasındakı münaqişənin varlığı açıq-aydındır. Əgər maliyyə işlərinə nəzər salsaq onda daha bir maraqlı fakt ortaya çıxır. "Fortune” dərgisinin verdiyi məlumata görə Trump-ın səhm bazarındakı ən böyük aktivi, sahib olduğu Apple səhmləridir. Onun şirkətdəki payı 1.25 milyon dollar təşkil edir. İlk baxışdan bu fakt, şirkətin investorlarını sakitləşdirə bilər. Nəyə görə Trump özü-özünə zərər yetirsin? Lakin həmin dərginin 2015-ci il İyul ayındakı məlumatlarına əsasən Trump-a 6.5 milyon dollarlıq səhm paketi məxsus idi. Nəzərə alsaq ki, həmin vaxtdan "Apple” səhmləri qiymətdə 10% ucuzlaşdı, bu o deməkdir ki, son 1 ildə Trump məşhur brendin dəyərli kağızlarından canını qurtarır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər