main-post-cover

    ABŞ-ın yeni qanununa etiraz kimi öz brauzerinin tarixçəsini eBay-da satışa çıxartdı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    İsveçli sakin, ABŞ konqressinin qəbul etdiyi qanuna etiraz olaraq öz brauzerinin tarixçəsini eBay-da satışa qoydu.

    Söhbət o qanundan gedir ki, bundan sonra VerizonAT&T kimi böyük operator şirkətlər öz abonentlərinin sosial sığorta nömrələri, elektron məktub və messencerlərin daxilindəki kontenti, sağlamlıq və maliyyə durumları kimi məlumatları sata biləcəklər. Sözügedən qanun, 29 Mart tarixində qəbul olunub və ABŞ prezidenti Donald Trump tərəfindən imzalanacaq. Həmin gün, reklam agentliyində kreativ direktor vəzifəsində çalışan 31 yaşlı isveçli Petter Rudwall öz brauzerinin bütün tarixçəsini, eBay-da satışa çıxardıb. "Mənim brauzerimin tarixçəsi, sizi uzun müddət əyləndirəcək gülməli, axmaq, biraz maraqlı, ağıllı, vacib və yarıerotik səhifələrdən ibarətdir. Bu, özünü internetə çox bağlı hiss edən və gün ərzində eyni saytları ziyarət edən istifadəçi üçün əla seçim ola bilər” – deyə Petter bildirib. Onun sözlərinə əsasən o, ABŞ hökümətinə etiraz edir və insanları, internetdəki şəxsi həyatın toxunulmazlığına səsləyir. Petter öz brauzerinin tarixçəsini 99$ qiymətinə satışa çıxarmışdı. Lakin maksimum təklif olunan qiymət göstəricisi 20$ olmuşdu. Bir neçə müddətdən sonra isə həmin məhsul eBay tərəfindən pozulmuşdur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər