

ABŞ-ın Hərbi Hava Qüvvələrinin məlumatlar bazasının xidmətinə nəzarət edən Lockheed Martin şirkəti severlərin işində nasazlıqların olduğunu bildirib. Həmin nasazlıqlar nəticəsində ABŞ-ın Hərbi Hava Qüvvələrinin son 12 ildə apardığı araşdırmalar yoxa çıxıb. Araşdırmalarda dələduzluq, müxtəlif oğurluqlar, vəzifə səlahiyyətlərindən suistifadə, vətəndaşlar arasındakı konfliktlər və Hərbi Hava Qüvvələrinin digər daxili işləri haqqındakı məlumatlar var idi. Hərbi mütəxəssislərin verdikləri məlumata əsasən nasazlıq hackerlərin hücumu nəticəsində baş verməyib. Hadisə ilə bağlı araşdırmanı Pentaqon və kibertəhlükəsizlik sahəsi üzrə fəaliyyət göstərən fərdi şirkətlər aparacaqlar. Lockheed Martin şirkətinin mütəxəssisləri 2 həftə ərzində itmiş məlumatları bərpa etməyə çalışıblar. Lakin onların səyləri boşa çıxıb.
Şərh yoxdur