main-post-cover

    ABŞ sakini Galaxy Note 7 telefonlarından ibarət Halloween geyimi düzəldib (Video)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ sakini Kris Kayli maraqlı Halloween geyimi ilə diqqətləri üzərinə çəkib

    Kris Kayli adlı şəxs son zamanların trend xəbəri halına gəlmiş Galaxy Note 7 telefonlarını üzərinə bağlayaraq özünəməxsus Halloween "geyimi” dizayn edib. Kris hazırladığı geyimin diqqət çəkən tərəfi ondan tüstülər çıxmasıdır. Cəmi 6 saniyə çəkən videonu indiyədək müxtəlif profil və YouTube kanalları vasitəsilə paylaşılıb və 2 milyona yaxın insan tərəfindən izlənib. Video sosial mediada qısa zamanda bir çoxları tərəfindən maraqla izlənib.

    The Verge məsələyə bir qədər zarafatla yanaşaraq "əgər siz "Samsung”un əməkdaşısınızsa, bu geyim indiyədək olan Halloween bayramlarının ən qorxulusudur” deyə mövzuya öz fikrini bildirib. Qutulardan tüstünün çıxması texnikası təəssüf ki, açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər