Adamı vahiməyə salan yeni robot (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Boston Dynamics” şirkətinin yeni icadının videosu internetə sızdırılıb.
Söhbət, Handle adlı ikitəkərli robotdan gedir. Video,
investorlar üçün keçirilmiş bağlı təqdimat zamanı çəkilib. Sözügedən şirkət
daha çox öz ikiayaqlı və dördayaqlı robotları ilə tanınır. Yeni robotda isə təkərlərdən
istifadə etmək maraqlı təcrübə hesab olunur. Şirkətin yaradıcısı və prezidenti
olan Marc Raibert, yeni robotu, təkərlər, hissələr və dinamik balanslaşdırma
sisteminin olduğu maraqlı birləşmə adlandırıb. Onun sözlərinə görə təkərlərdən
istifadə, standart bədən hissələrinin istifadəsindən daha əlverişlidir. Lakin
bununla yanaşı düz olmayan səthlərdə yaxşı hərəkət etmə özəlliyini qurban vermək
lazım gəlir. Prezentasiyaya başlayan Marc bu sözləri demişdi. "Bu, robotun ilk
təqdimatıdır. Düşünürəm ki, o sizlərə qorxulu yuxuları xatırladacaq”. Handle,
iki təkər üzərində balanlaşdırmanı və mərkəzi ağırlığı optimal saxlayaraq ağır əşyaları
daşımaq özəlliyinə sahibdir. Beləliklə sözügedən robot, düz, əyilmiş və otlu səth
üzərində rahat hərəkət edə bilir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!