main-post-cover

    "Adblock", öz reklam şəbəkəsini hazırladı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur reklam bloklama xidməti "Adblock", öz reklam şəbəkəsini yaratdığını və satışa başladığını elan etdi. Reklam bloklama xüsusiyyəti ilə bilinən "Adblock"un bu addımı istifadəçiləri təəccübləndirdi.

    Reklam bloklama xidməti təklif edən proqramlar ilə reklam sistemlərinin savaşı davam edir. Belə ki, bir tərəfdən bəzi saytların narahat edici dərəcədə reklamlar yerləşdirməsi istifadəçiləri bu mövzuda haqlı hala gətirərkən, reklamlar vasitəsilə gəlir əldə edən saytların zərər etməsi, onların pis vəziyyətdə qalmalarına səbəb olur. 
    Məşhur reklam bloklama sistemləri arasında yer alan "Adblock"dan bu mövzuda maraqlı bir addım gəldi. Adblock, qəbul edilə bilən reklamlar platforması adını verdiyi yeni reklam şəbəkəsini tanıtdı. Şirkətin reklam bloklama hədəfi ilə üst-üstə düşməyən bu addım, reklamların tamailə bloklanması mümkün deyil mi? sualını ağıllara gətirir.
    İstifadəçilərinin 90%-inin qəbul edilə bilər reklamlardan narazı olmadıqlarını bildirən Adblock rəhbərliyi, bloklanmış reklamların yerinə qəbul edilə bilən reklamların görünəcəyini bildirib. Əgər saytda yer alan reklam hal-hazırda firmanın qəbul edilə bilən reklam siyahısında yer alırsa, hər-hansı bir bloklanma olmayacaq.
     
     
    Adblockun interneti tamamilə reklamlardan təmizləmək kimi bir məqsədi olmadığını qeyd edən Adblock rəhbərliyi, hədəflərinin pis reklamları narahat etməyəcək dərəcədə olanlar ilə dəyişdirmək olduğunu ifadə edirlər. Reklam bloklama mövzusunda istifadəçilərin rəğbətini qazanmış bir firmanın niyə hədəfindən yayınmağa başladığını bilmirik amma istifadəçilərə reklamları tamamilə bloklama seçiminin də verilməyə davam edildiyini bildirək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər