Adi insanların iştirak edə biləcəyi "Voices of Humanity" adlı maraqlı layihə
Digər
07.05.2017
Farid Pardashunas
"Voices of Humanity” adlı layihə insanlıq haqqında məlumatların
rezerv daşıyıcısını yaratmağın yeni cəhdidir. Kaliforniya Universitetinin alimləri
kosmosun uzaq nöqtələrinə müxtəlif insanların mesajarını lövhələr şəklində
lazerlər vasitəsilə göndərməyi planlaşdırırlar. Alimlər bu layihədə kainatı məlumatların
saxlanacağı cloud servis kimi təsəvvür edirlər. Layihənin reallaşdırılması üçün
vəsait Kickstarter saytı vasitəsilə yığılır. Sözügedən layihəyə maddi dəstək
olan hər bir insan kosmosa öz mesajını və DNT-ni göndərmək imkanına sahib
olacaq. Güman olunur ki, mesajların saxlanacağı kiçik kosmik aparatlar kosmosa
istiqamətləndirilmiş enerji vasitəsilə göndəriləcək. Burda söhbət lazer
texnologiyalarından gedir. Bir çoxlarının fikrincə məhz bu cür texnologiyalar
ilk ulduzlararası səyahətin reallaşdırılması üçün şərait yaradacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ