main-post-cover

    Adi kompüter superkompüteri üstələyib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    MDU-nun (Moskva Dövlət Universiteti) nüvə fizikası üzrə elmi-tədqiqatlar institutunun mütəxəssisləri superkompüteri güclü videokarta sahib adi kompüter ilə əvəz ediblər. Nəticədə fiziki məsələlər üzrə edilən hesablamaların sürəti 10 dəfə artıb. Mütəxəssislər kompüterdə NVIDIA-nın hansı model videokartından istifadə edildiyini qeyd etməyiblər. Lakin onlar bildiriblər ki, həmin videokartın qiyməti 500 dollardan baha deyil. Təcrübə çərçivəsində kvant mexanikasının mürəkkəb tənliklərinin hesablamaları aparılıb. Adətən bu cür hesablamaları superkompüterlər edirlər. Adi videokarta sahib kompüter hesablamaları 15 dəqiqəyə bitirib. Superkompüter isə bu hesablamalara 2-3 gün vaxt sərf edərdi. MDU-nun professoru Vladimir Kukulin-in sözlərinə görə sistem 260 milyon mürəkkəb ikiqat inteqralların hesablanmasına 3 saniyə vaxt sərf edir. Bu cür nəticə rezonanslı və nüvə kimyəvi reaksiyaların analizi üçün geniş imkanlar yaradır. Bundan əlavə olaraq kompüter digər sahələrdə olan hesablamaları da yerinə yetirə bilər. Bunlara misal olaraq elektrodinamika, plazma fizikası, geofizika, tibb və s. gətirmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər