main-post-cover

    Adları qısaldılmış markaların açılışını bilirsiniz mi ?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Bir çox texnologiya markasının adı qısaltmadır və zaman keçdikce açılışı unudulub. Əgər bu markaların açılışı maraqlıdırsa, xəbərimizi diqqətlə oxumalısınız.

    Ən böyük texnologiya markalarının bir çoxu təsisçinin adını və ya istehsal etdikləri / istehsal etmək istədikləri məhsulun adını seçib. Müəyyən vaxtdan sonra fərqli sahələrdə fəaliyyət göstərən və bu məhsul istehsalında fərqli istehsalçıların olmağı, şirkətlərin yaxşı marka təəssüratı yaratmaq üçün adlarından vaz keçərək, qısaldılmış adlarla yollarına davam etmələrinə səbəb olub.

    Siyahıdakı bəzi markaların normalda qısaltma olduğunu bilsəniz və ya təxmin etsəniz belə, siyahıda adının qısaltma olacağını təxmin edə bilməyəcəyiniz markalar da var.

    Adı qısaltma olan nəhəng texnologiya markaları və adlarının açılışı:

    HP
    Adları qısaldılmış markaların açılışını bilirsiniz mi ?

    Siyahıda birinci olan HP, tam adı ilə də məhsullar çıxartdığı üçün bu markalar arasında açılışı ən çox bilinən markadır. Şirketin təsisçilərinin soyadları olan Hewlett və Packard'ın ilk hərflərinin birləşməsindən yaranan HP, xüsusilə notebook istehsalında seçilən markalardandır. Həmçinin HP, Elite seriyası ilə ağıllı telefon dünyasına da addım atıb.
     
     
    LG
    Adları qısaldılmış markaların açılışını bilirsiniz mi ?

    İki texnologiya şirkəti Lucky və Goldstar'ın birləşməsi ilə Lucky-Goldstar adında məhsullar çıxardan LG Electronics, 1995-ci ildə sadəcə bu şirkətlərin ilk hərflərini alaraq LG adını alıb və markalaşıb. Artıq LG, Lucky-Goldstar adından istifadə etmir. LG'nin "Life's Good" şüarına görə bir çox insan LG'nin açılışının Life's Good olduğunu zənn edir.

    Microsoft
    Adları qısaldılmış markaların açılışını bilirsiniz mi ?

    Bəlkə də siyahıda olacağını heç düşünməyidiyiniz şirkət Microsoft'dur. Microsoft adı əslində Micro Computer Software sözlərinin birləşməsindən əmələ gəlib və Microsoft olaraq markalaşıb. Kompüter detalları ilə işə başlayan şirkət bu gün ağıllı telefondan virtual gerçəklik texnologiyalarına qədər bir çox sahədə fəaliyyət göstərir.

    İntel
    Adları qısaldılmış markaların açılışını bilirsiniz mi ?

     
    İntel'in adı əslində Intelligent Electronics (Ağıllı Elektronika) sözlərinin qısaltmasıdır. 1968-ci ildə təsis edilən dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Intel, 1971-ci ildə ilk məhsulunu bazara çıxarıb.

    AMD
    Adları qısaldılmış markaların açılışını bilirsiniz mi ?

    Prosessor və ekran kartı bazarının ən çox bilinən markalarından biri olan AMD'nin açılışı Advanced Micro Devices-dir. Hələ də fəaliyyətini adının aşçılışı ilə davam etdirən AMD, qısaltma adı ilə markalaşıb və məşhurluğunu artırıb.

    HTC
    Adları qısaldılmış markaların açılışını bilirsiniz mi ?

    Ağıllı telefonları ilə bir çox insanın sevgisini qazanan HTC, High Tech Corparation (Yüksək Texnologiya Şirkəti) sözlərinin qısaltmasıdır.
    Linki kopyala