main-post-cover

    Adobe Lightroom Android versiyası yeniləndi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mobil rəsm redaktoru proqramlarının nəhənglərindən biri olan Adobe, Lightroom’un Android versiyasına yeni xüsusiyyətlər əlavə olunub.

    Mobil cihazlarda foto redaktə etmək üçün ən yaxşı və güclü alternativlər arasında yer alan Lightroom, Android platformasında yeniləndi və 2.0 versiyası ilə ilk olaraq "Dehaze” adlı alət əlavə olundu. Bununla da fotolardan bulanıqlığı itirmək və ya əlavə etmək mümkün olacaq. Bundan başqa artıq proqram şəkilin tam keyfiyyətdə nüsxəsini verə bilir və "Split Tone” aləti ilə kölgə və ya parlaq sahələrə xüsusi rənglər əlavə etmək mümkündür.
    DNG formatında foto çəkəbilən və bunlara çəkimdən əvvəl 5 fərqli tənzimləmə təklif edən yeni Lightroom, ümumi performansa görə rəqiblərini geri qoyur. Proqramı Android Play Store'dan ödənişsiz endirə bilərsiniz.
    Linki kopyala