main-post-cover

    Adobe LightRoom artıq Android üçün ödənişsizdir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir çoxumuz mobil platformalar üzərində çəkdiyimiz şəkillərlər daha professional işləmək üçün daim bizə uyğun proqram axtarırıq. Təəssüf ki, bizim istədiyimiz kimi proqram ya yoxdur, ya da sahib olduğu funksiyalar bizi qane etmir. Amma kompyuter platforması üçün bu proqramların sayı naməlumdur. Məhz bunu düşünən Adobe şirkəti özünün bəzi proqramlarını mobil platformaya da inteqrasiya edib. Bunlardan biri də Adobe LightRoom proqramıdır. Professional şəkil tənzimləmə proqramı olan LightRoom mobil cihazlarda da öz funksiyaları ilə tam fəaliyyət göstərir.
    adobelrmobile800
     
     
    Adobe şirkəti ilk dəfə Oktyabr ayında iOS üçün Ligtroom 2.0 ilə hər hansı bir ödəniş olmadan proqramı iPhone və iPad’lərdə istifadə etməyi mümkün etmişdi. İndi isə Android cihazlarını da nəzərə alıb Lightroom 1.4 versiyasını da ödənişsiz təqdim edir. Artıq bundan sonra siz də şəkilləriniz üçün proqram axtarmaqdan canınızı qurtaracaqsınız.
     
    Adobe LightRoom proqramını buradan yükləyə bilərsiniz.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər