main-post-cover

    Afrikada avtomobil sənayesi mövcuddurmu?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bizim Amerika, Avropa və Asiya istehsalı avtomobillərdən yaxşı anlayışımız var. Renault, Fiat, Buick, Chevrolet, Kia və Toyota kimi şirkətlər bizlərə tanışdır. Lakin siz Laraki, Uri, Perana kimi şirkətlərlə tanışsınızmı?
    Çox az adam bilir ki, Afrikada avtomobil sənayesi mövcuddur.
     
    Marokko:
     
     
    Laraki idman avtomobilləri istehsal edən uğurlu şirkətlərdən biridir. Şirkətin sahibi Abdesla Laraki əsasən Marokko şahzadələri üçün yaxtaların hazırlanması ilə məşquldur. Lakin 2000-ci illərin əvvəlində o avtomobil sənayesi ilə məşqul olmağa qərar verdi. Həmçinin o isveçrəli avtomobil dizayneri Franco Sbarro ilə yaxın dostdur. Şirkətin ilk avtomobili Lamborghini Diablo əsasında yığılmış Laraki Fulgura oldu. 2005-ci ildə Cenevrə avtoşousunda isə ikinci model Laraki Borak təqdim olundu. 540 at gücünə sahib Laraki Borak 310 km/s sürət yığa bilirdi. Nəhayət 2013-cü ildə C6 Corvette-in şassisi əsasında yığılmış və 1200 at gücünə sahib Laraki Epitome təqdim olundu. Yeni modeldə iki benzin bakı mövcuddur. Onlardan  biri adi benzin üçün, digəri isə yüksək oktanlı benzin üçün nəzərdə tutulub. Bu modeldən 9 ədəd istehsal olunması planlaşdırılır. Hər birinin qiyməti isə 2 milyon dollar olacaq. 
     
     
    Menara köhnə avtomobillərin yenilənməsi və sifariş əsasında replicar-ların yığılması ilə məşqul olan şirkətdir. Şirkətin özünün istehsal etdiyi isə bir avtomobil modeli var. O, La Menara adlanır. Tamamilə əl işi olan La Menara 1930-cu illərin dəbinə uyöun şəkildə yığılmaqla yanaşı 120 at gücünə sahib mühərrikinin köməyi ilə 160 km/s sürət yığa bilir. Şirkətdə 22 nəfərin çalışdığı üçün La Menara yalnız sifariş əsasında və əl ilə yığılır. 
     
    Tunis:
     
     
    Wallys Tunis istehsalı ilk avtomobildir. Avtomobil 2008-ci ildə Paris avtoşousunda Zied Guiga tərəfindən təqdim olunmuş ilk prototipdən sonra yarandı. Yığcam off-road hətda avropalıların da ürəyincə oldu. Bir ildən sonra isə Wallys Izis az sayda istehsal olundu. Avtomobilin mühərriki Peugeot-un 75 at güclü 1.4 litrli mühərrikidir. Modelin uzunluğu isə 3.25 m-dir. Avtomobilin korpusu plastikdən olduğu üçün şirkət ona ömürlük antikorroziya zəmanəti verir. 
     
    Keniya:
     
     
    Mobius çox perspektivli şirkətdir. 2009-cu ildə o Mobious One modelinin prototipini, 2011-ci ildə isə Mobius Two modelini təqdim etdi. İdeya isə ondan ibarət idi ki, Afrika üçün ideal avtomobil yaratmaq lazım idi. Yəni maksimal dərəcədə sadə, dözümlü və ucuz. Buna nail olmaq mümkün oldu. Mobius-da elektronika, kondisioner, qızdırıcı yoxdur. Bu baxımdan avtomobil artıq olan hər şeydən azad olub. Sadə idarəolunma, boruşəkilli çərçivə hesabına ekstremal yüngül çəki. Bunlar Mobius-un əsas özəllikləridir. Qeyd edək ki. avtomobili artıq sifariş etmək mümkündür. 
     
    Nigeriya:
     
     
    Proforce Nigeriyada zirehli avtomobil və digər hərbi texnika istehsal edən şirkətdir. Sözügedən şirkətin Nigeriyada hətda öz zavodu var. Zirehli tank, qayıq, dəbilqə və jiletlərdən başqa şirkət həmdə özünün istehsalı olan Pf2 və Pf3 zirehli off-roadlarını, Pf2 Leopard zirehli avtobuslarını yığır. Bundan əlavə olaraq Proforce Toyota, Iveco, MAN, DAF, Mercedes-Benz, Isuzu və Mitsubishi kimi avtomobillərin şassilərinin əsasında müxtəlif lisenziyalı texnika hazırlamaqla məşquldur. Bu şirkətə müraciət edərək siz istədiyiniz marka və avtomobil modelinin zirehli versiyasını sifariş edə bilərsiniz. 
     
    CAR (Cənubi Afrika Respublikası):
     
     
    Birkin 1968-ci il buraxılışı olan Lotus Seven 3 series avtomobilinin oxşarını istehsal edən şirkətlərdən biridir. Şirkət iki avtomobil modelini təklif edir. Onlardan biri Birkin SS3 (Street Series 3), digəri isə CS3 (Clubman Series 3)-dür. Maraqlısı isə odur ki, Birkin kit-cardır. Yəni sifariş edilən avtomobil böyük konstruktor şəklində alıcıya təhvil verilir. Alıcı isə onu zövqünə görə yığır. 
     
     
    Perana 2007-ci ildə təsis olunmuş və sifariş əsasında idman avtomobillərinin istehsalı ilə məşqul olan şirkətdir. Maraqlısı budur ki, Perana adını 1960-1970-ci illərdə Ford avtomobillərinin yığılması və tüninqi ilə məşqul olmuş digər Cənubi Afrika şirkəti Basil Green Motors istifadə edirmiş. Hələki Perana şirkətinin bir avtomobil modeli təqdim olunmuşdur. Onun adı Perana AC 378 GT Zagato-dur. 6.2 litrli mühərrikə sahib bu model müasir dəbdəbəli idman avtomobilidir. Modelin 999 ədəd istehsal olunması planlaşdırılır. Lakin hələki sifarişlər limitə çatmayıb. 
     
     
    Paramount hərbi qayıqlar, sərnişin və hərbi təyyarələr, elektron sistemlər istehsal edən Afrikanın ən böyük müdafiə şirkətidir. Bundan başqa şirkət həmçinin hərbi zirehli avtomobillər də istehsal edir. Polislər üçün nəzərdə tutulmuş yüngül off-road Marauder Patrol-dan tutmuş Matador və Mbombe kimi ağır silahlı hərbi texnikaya qədər. Onuda qeyd edək ki. Marauder off-roadı həmçinin Azərbaycandada yığılır. Belə ki, Paramount şirkətinin ölkəmizdə rəsmi filialı mövcuddur.
     
     
    Uri IVEMA şirkətinin brendidir hansı ki, öz növbəsində sadə off-roadlar istehsal edir. Şirkət iki model off-roadı təqdim edir. Onlardan biri URI Desert Runner, digəri isə  URI Mining Vehicle adlanır. Birinci model sadə, dözümlü olmağı ilə yanaşı mülki, hərbi, polis yenilənməsinə məruz qalması baxımından istehsal olunmuşdur. O böyük konstruktoru xatırladır. Yəni avtomobili hər bir detalına kimi sökmək mümkündür. İkinci modelin isə böyük olmasına baxmayaraq URI Desert Runner-dən fərqli olaraq daha çox sadədir.
     
     
    Bailey müxtəlif sinif Le-Man bolidlərinin xüsusiyyətlərinə maksimal şəkildə oxşayan idman avtomobillərinin istehsalı ilə məşqul olan Cənubi Afrika şirkətidir. Lakin Le-Man bolidlərindən fərqli olaraq şirkətin istehsal etdiyi avtomobillərdən adi yoldada istifadə etmək olar. Bunlara misal olaraq Bailey GT1, Bailey LMP2, Bailey 917 (Porsche) və Bailey GT40 (Ford)-u gətirmək olar. Bu cür avtomobillər ucuz başa gəlməyəcək. Lakin sifariş etməyi planlaşdıran alıcı çox məmnun qalacağını bilməlidir. 
     
     
    IVEMA (International Vehicle and Equipment Marketing) hərbi texnika istehsal edən şirkətlərdən biridir. Bundan başqa şirkət həmçinin Cənubi Afrika-nı digər ölkələrdə istehsal olunmuş silahlar ilə təmin edir. IVEMA-nın özünün istehsalı bir avtomobil modeli var. O IVEMA GILA 4x4 MRAP Vehicle adlanır. Tam ötürücülü olan zirehli avtomobil 14 kq trotil ekvivalenti partlayışa dözmək qabiliyyətinə malikdir. 
     

     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər