main-post-cover

    Age of Empires artıq Androiddə!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    1997-ci ildən çıxdığından bəri heç köhnəlməyən və daim öz kütləsini saxlayan Age of Empires oyununun Android versiyası Google Play Store’a əlavə olundu. Age of Empires’ın artıq mobil cihazlara da uyğun versiyası mövcuddur. KLab Global Pte. Ltd tərəfindən yaradılan oyun Google Play Store və App Store’da ödənişsiz təqdim olunur. PC’dəki versiyaya nəzərən qrafikalar daha yumşaq və zəifdir. Amma bu oyunun seriyalarını bilənlər üçün yeniliklər edilib. Amma KLab Global Pte. Ltd Age of Empires’ı yaradarkən başqa populyar oyun olan Clash of Clans’dan yararlanmış kimi görünür. Çünki qrafikalar arasında çox oxşarlıq var.
    Amma oyunun ssenarisi və oynanış şəkli tamamilə özünə məxsusdur. Proqramın marketdəki adı isə Age of Empires: WorldDomination şəklindədir. Oyunu həm online, həm də offline oynamaq mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər