
Ağıllı saatlar kredit kartını əvəz edəcək
Texnologiya
07.05.2017
Farid Pardashunas
Ağıllı saatlar artıq bir çox baxımdan telefonla bərabər üstünlüklər daşımaqdadır. Google ağıllı saatlara yeni bir xüsusiyyət daha gətirmək niyyətindədir. Artıq ağıllı saatlar vasitəsilə restoran və marketlərdə ödəniş etmək mümkün olacaq.
Google Play-ın 10.0 verisyası ilə tanış
olduqca maraqlı bir nüans diqqəti cəlb edib. Beləki, Tap-to-Pay xidməti
haqqında yayılan məlumatlar tezliklə ödəniş sistemində işinizi asanlaşdıra biləcəyinə
işarədir. Verilən məlumata görə "Google” bu yeniliyi Android Wear cihazlarında sınaqdan keçirəcək. Kodlar arasında"Saatınızı terminal yaxınlaşdırın”ifadəsi bunu deməyə əsas verir.

Yəni əgər sizin də adı çəkilən Android Wear
adlı ağıllı saatınız varsa, onda tezliklə saatınızdan alış-verişdə istifadə edə biləcəksiniz. Bir digər maraqlı məqam isə bir dəfə
istifadə olunan tətbiqlərdir. Android saatlar tətbiqləri yükləmədən bir dəfəlik
olmaqla istifadə edə biləcəklər. Ağıllı saatlar o qədər də rəğbət görməsə də gələcəkdə
kredit kartlarını əvəz etməsi ehtimalı satışlara da müsbət təsir göstərə bilər.
Bu yenilik hal-hazırda aktivdir və Google istifadəçiləri arasında test edilməkdədir.
Linki kopyala
Həftənin xəbərləri

