Ağıllı səs yazıcı Senstone, Kickstarter-da dəstək gözləyir

Ağıllı səs yazıcı Senstone, Kickstarter-da dəstək gözləyir

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyanın ən kiçik geyinilə bilən cihazlarından olan Senstone, ağıllı səs yazma xüsusiyəti vasitəsilə ağlınıza gələn vacib fikirləri qeyd etməyinizi təmin edir. Boyunbağı, biləklik formasında və ya sadəcə yaxanıza taxaraq istifadə edə biləcəyiniz Senstone, yazdığı səsli qeydlərini mobil tətbiqinə göndərir.

Səsli qeydlər və siyahı hazırlamağınıza imkan yaradan Senstone, kiçik ölçülərdəki dizaynı ilə diqqət çəkir. Klik məntiqi ilə işləyən Senstone, üstünə basıldığında aktif hala çevrilərək səs yazmağa başlayır. Bluetooth əlaqəsi sayəsində ağıllı telefonlara qoşula bilən cihaz həm Android həm də iOS–la işləyə bilir.



Üst qismində olan LED-lər sayəsində istifadəçisiylə əlaqə quran Senstone, 4 fərqli rəng seçiminə sahibdir. Yazılan qeydləri hashtaglar köməyi ilə redaktə etməyinizə imkan tanıyan Senstone, digər vacib qeyd tətbiqləriylə də sinxronizasiya şəklində işləyə bilir.

Senstone-un ağıllı olmasını təmin edən ən vacib xüsusiyyəti isə yazdığı səs qeydlərini aşkar edib yazıya çevirə bilməsidir. Hələlik bu xüsusiyyəti İngilis İspandilləri başda olmaqla 11 dil üçün istifadəyə verib. Həftənin ikinci günü etibariylə 50 min dollarlıq hədəflə Kickstarter-da yola çıxan Senstone bir gün içində təxminən 32 min dollar toplamağı bacardı.

Naqilsiz şarj xüsusiyyətini təmin edən Senstone, təxminən 30 dəqiqədə tam şarj ola bilir. Son olaraq 100 dollar qarşılığında sahib ola biləcəyiniz Senstone-un ilk çatdırılmalarına iyul 2017 etibariylə başlanacağını bildirmək lazımdır.

 


 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×