
Airbnb ilə Halloween bayramını Kont Drakulanın tabutunda keçirmək istəyirsiniz?
Digər
07.05.2017
Farid Pardashunas
Airbnb-dən tabutda yatmağa cəsarət edə bilənlər üçün Halloween-ə özəl bir təcrübə şansı var.
Ədəbiyyatda ilk vampir mifologiyasını ortaya çıxardan Brem Stokerin "Dracula" adlı kitabı ilə həyatımıza girən və qalasında tək
başına yaşayan əsilzadə, saf qan vampir Drakula fiquru hamımız üçün unudulmaz bir məna
ifadə edir. Qaranlıqlarda yaşayan, qan ilə bəslənən, möhtəşəm istedadları olan
canlılar elmi-fantastik əsərlərin də əsas fiqurları arasında yer alırlar.

Valaxiya Krallığı və Macarıstan Krallığını fərqli
vaxtlarda idarə edən və tarixdə yer edinmiş bir şəxs olan 3-cü Vlad-dan ilham
alıb biraz daha fantastikləşdirərək yaradılan Kont Drakulanın Transilvaniyadakı qalasında və hətta onun tabutunda bir gecə keçirmək şansınız olsa qəbul edərdiniz
mi?

Daha əvvəl Alp dağlarında bir funikulyorda, Van Gogh-un "Yataq
otağı əsərindəki” otaqda istirahət təklif edən AirBnb, Kont Drakulanın evində
bir gecə keçirmək ehtimalı reallığa çevrilir. 31 Oktyabr – 1 Noyabr tarixlərində
yəni Halloween bayramında gecəni Kont Drakula kimi tabutda yataraq keçirmək istəyənlər
Airbnb üzərindən "ÇƏKİLİŞ”ə qatılmalıdırlar. Qazananlar isə Karpat dağlarındakı
Transilvaniyada yerləşən qalada heç vaxt unuda bilməyəcəkləri bir təcrübə
yaşayacaqlar. Çəkilişə qatılmaq üçün son gün 26 Oktyabr olaraq qeyd edilib.

Linki kopyala
Həftənin xəbərləri

