
AirPods-ları itiməkdən qorxanlar üçün maraqlı həll yolu təqdim olunub
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Keçən həftə "Apple” şirkəti ənənəvi qulaqlıq girişinin olmadığı iPhone 7-ni təqdim etmişdir. Yeni cihazda adi qulaqlıqları Lightning girişinə yalnız xüsusi naqil vasitəsilə qoşmaq olar.

Şirkət özü, təqdim etdiyi naqilsiz AirPods qulaqlıqlarını təklif
edir. Onlar cihaza Bluetooth vasitəsilə qoşulur. AirPods-un təqdimatından sonra
bir çox mütəxəssis və adi istifadəçilər qulaqlıq haqqında öz fikirlərini sosial
şəbəkələrdə bildirmişdilər. Cihazı bəyənənlər və bəyənməyənlər də oldu. Onun
müsbət və mənfi cəhətləri haqqında istifadəçilər öz fikirlərini qeyd etdilər.
Lakin bir çox istifadəçi qulaqlığın əsas mənfi cəhəti haqqında öz
narazılıqlarını bildirmişdilər. Həmin mənfi cəhət isə qulaqlıqların asan şəkildə
itirilməsidir. Nə vaxtsa metroda pik vaxtda olanlar bilirlər ki, həmin
qulaqlıqları o qədər insanın arasında itirmək çox asandır. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən bu problemi nəzərə
alan "Spigen” şirkəti öz həll üsulunu təqdim edib. Belə ki, şirkət AirPod Strap adlı rezin bağı təqdim edib. 55.6 sm uzuluğunda olan rezin bağ AirPods
qulaqlıqlarının itirilməsinin qarşısını alır. Məhsul çox qəribə görünməklə
yanaşı həmdə "Apple”ın əsas konsepsiyasını öldürür. Buna baxmayaraq şirkət rəsmi
olaraq bu bağları anons edib və ön sifarişi açıb. Qeyd edək ki, bu bağlar 10$ qiymətinə satılır.


Linki kopyala
Həftənin xəbərləri

