main-post-cover

    Alcatel, 5 yeni ağıllı telefon təqdim edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Fransız Alcatel firmasının bu ilki MWC planları ortaya çıxdı. Firmanın təqdim etməyi planlaşdırdığı telefonlar, maraqlı və yeni bir dizayna sahibdir.

    Fransız Alcatel firması, qarşıdakı dövrdə təşkil olunacaq MWC 2017 üçün hazırlıqlara başladı.

    Alcatel, 5 yeni ağıllı telefon təqdim edəcək!

    Xüxusilə qiymət-performans üstünlüklü cihazlarıyla ön plana çıxan Alcatel, qarşımızdakı ay təşkil olunacaq MWC 2017 mərasimində 5 yeni ağıllı telefon təqdim etməyi planlaşdırır.
    Firmaya yaxın mənbələr tərəfindən yayılan məlumatlara görə bu telefonlardan biri modullu quruluşda olacaq.
    Bir digər mənbədə isə cihazın arxa tərəfini örtən və musiqi ilə sinxronizasiya şəklində parlayan LED-lərə sahib olacağı, yayılan məlumatlar arasındadır.
    Yenə firmaya yaxın mənbələrin bildirdiyinə görə, sözü gedən bu 5 cihazın hər biri qiymət-performans baxımından siniflərinin lideri ola biləcək xüsusiyyətlərə sahibdir.

    Son olaraq yuxarıdakı şəkilərin Alcatel-in arxa tərəfi tamamilə LED-lərlə örtülü ağıllı telefonuna aid olduğu haqqında iddialar səsləndiyini bildirməkdə fayda var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər